18.10.2021
18.10.2021-ci il tarixində Gəncə Regional Mədəniyyət İdarəsi Samux rayon MKS-nin Sərkar kənd kitabxana filialının kollektivi və Sərkar kənd Folklor evinin kollektivi ilə birgə 18 oktyabr Dövlət müstəqilliyimizin bərpası və qorunub saxlanılması ilə bağlı "Müstəqilliyimiz əbədidir "adlı şeir saatı keçirildi.Tədbiri Sərkar kənd kitabxana filialının müdiri Gülşən Əliyeva açaraq bildirdi ki,Azərbaycan bir əsirdə iki dəfə müstəqillik əldə etmək, özünün suveren dövlətini yaratmaq imkanı əldə etdi.Azərbaycanın memarı Ümummilli liderimiz Heydər Əliyevin hakimiyyətə gəlməsi ilə Azərbaycanı parlaq gələcəyə götürdü.Sonda Sərkar kənd kitabxana filialının fəal oxucuları Müstəqilliyimiz haqqında öz şerlərini söylədilər.