18.10.2021
Tədbiri giriş sözü ilə Mərkəzi Kitabxananın Uşaq şöbəsinin müdiri Venera Məmmədova açaraq iştirakçıları salamladı və Müstəqillik günü münasibəti ilə təbrik etdi. Çıxışında Azərbaycanda Müstəqilliyin yaranma tarixindən danışdı və qeyd etdi ki, dövlət üçün müstəqillikdən, vətəndaş üçün azadlıqdan üstün heç nə yoxdur . Ulu və zəngin keçmişə malik Azərbaycan xalqı azad yaşayış, müstəqil dövlət uğrunda uzun və mübarizələrlə dolu bir yol keçmış, qəhrəmanlıq səlnaməsi yazmışdır. Azərbaycan 1918 – 1920 – ci illərdə müsəlman Şərqində ilk demokratik dövlət qurmuş, lakin savaşlar sayəsində nail olduğu bu müstəqillik uzun sürməmişdir, cəmi 23 ay yaşamışdır. Tarix üçün bu çox qısa bir zaman olsada, əhəmiyyətli baxımdan xalqımızın qan yaddaşına həkk olmuşdur. Sovet inperiyasının dağılması yenidən Azərbaycan xalqına milli müstəqilliyini bərpa etmək imkanı verdi. 1991-ci ilin oktyabrın 18-də Azərbaycan öz müstəqilliyini elan etdi. Ulu Öndər Heydər Əliyevin yenidən hakimiyyətə qaydışı müstəqilliyin siyasi və iqtisadi sütunlarını dahada möhkəmlətdi.
Bağçanın direktoru Təhminə Nəsibova- Bu gün hamımız fərəh hissi keçiririk. Çünki, dövlətimizin iradəçilik sükanı başında ümummilli liderimiz Heydər Əliyevin yetirməsi, onun yaratdığı siyasi məktəbin davamçısı möhtərəm Prezidentimiz İlham Əliyev durur. Prezidentimiz İlham Əliyevin məqsədyönlü fəaliyyəti ölkəmizi dünyanın ən inkişaf etmiş ölkələri sırasına çıxarmışdır.
Sonda baxçada uşaqların hazırladığı nömrələrlə tədbir başa çatdı