18.10.2021
19 oktyabr 2021-ci il tarixində Gəncə Regional Mədəniyyət İdarəsi MKS-nin 17 nömrəli kitabxana filialı II Qarabağ Müharibəsi şəhidlərinin əziz xatirəsini ehtiramla yad etdilər. "II-ci Qarabağ Müharibəsinin Gəncə Şəhidləri"adlı anım günü keçirildi. Tədbiri MKS-nin 17 nömrəli kitabxana filialının böyük kitabxanaçısı Ruhiyyə Qafarova açaraq qeyd etmişdir ki, 44 günlük müharibədə Müzəffər Azərbaycan Ordusunun qazandığı qələbədə Gəncənin igid oğulları da Vətən uğrunda döyüşərək rəşadət göstərdilər, tarix yazdılar. Qafarova qanları ilə tarix yazmış qəhrəmanlarımızın qələbə çaldığı döyüş yolunda dastana dönən qəhrəmanlıqlarından bəhs etmişdir. Tədbirdə iştirak edən Hacıkənd qəsəbəsi 35 nömrəli orta məktəbin direktoru Surxay Hüseynov çıxış edərək qeyd elədi ki, sentyabrın 27-dən başlayaraq Azərbaycan Ordusunun həyata keçirdiyi əks hücum əməliyyatları zamanı doğma torpaq, vətən uğrunda canını fəda edərək şəhidlik zirvəsinə yüksələnlər həm də öz adını xalqın tarixi yaddaşına həkk etdilər. Onlar Vətən dövlət və xalq qarşısında öz borcunu sonadək ödəyib qəhrəmanlıq nümunəsi yaratdılar, milyonlarla insanın sevgisini, rəğbətini qazandılar. Daha sonra tədbirdə iştirak edən Hacıkənd qəsəbəsi 4 saylı klubun əməkdaşları Rəfiqə Hüseynova və Sədaqət Abdullayeva çıxış edərək şəhidlərin keçdiyi ağır döyüş yollarından bəhs etdilər. Və bildirdilər ki, xalqımız hər zaman tarix yazan şəhidlərimizin əziz xatirəsini daim uca tutacaq, əbədi qəlbimizdə yaşadıb böyük ehtiramla yad edəcəyik! Sonda bütün tədbir iştirakçıları Allahdan şəhidlərimizə rəhmət dilədilər!