18.10.2021
Tədbiri giriş sözü ilə Mərkəzi Kitabxananın Uşaq şöbəsinin
müdiri Venera Məmmədova açaraq iştirakçıları salamladı. Tədbirdə MKS-nin direktoru Telli Nəsibova çıxişında ikinci Qarabağ müharibəsində bir daha Azərbaycan xalqının əzmini, iradəsini bütün dünyaya göstərməsini, bu gün Müzəffər Ali Baş Komandamızın rəhbərliyi ilə Azərbaycan bütün dünyada qalib dövlət, xalqımız isə məğrur xalq kimi tanınmasını qeyd etdi.
Daha sonra Uşaq şöbəsinin müdiri Venera Məmmədova Azərbaycan ordusunun növbəti qələbəsi - Füzuli haqqında danışdı. Qeyd etdi ki, 27 sentyabr 2020-ci il tarixi xalqımızın yaddaşından silinməyəcək. Azərbaycan Ordusu döyüş meydanında öz sözünü dedi, xalqımıza qələbə sevinci yaşatdı. Xalqımızın igid oğulları qanı bahasına tarix yazdılar. Şanlı Azərbaycan tarixi. O tarix ki, 30 ilə yaxın müddətdə işğal olunmuş Azərbaycan torpaqları 44-gün ərzində düşməndən azad oldu. O tarixi ki, Azərbaycan bayrağı Qarabağ torpağında- Şuşamızda, Laçınımızda, Kəlbəcərimizdə, Füzulimizdə dalğalandı. Tədbirdə MKS-nin Uşaq şöbəsi və M.Ə.Sabir adına tam orta məktəbin 7a sinif şagirdləri iştirak etdilər.
Sonra məktəblilər: Quliyeva Nəzrin, Eyubova Cəmalə, Qarazadə Fidan, Nəbizadə Məhəmməd, Rüstəmov Murad Vətən haqqında şeirlər səsləndirdilər.