23.02.2018
Gəncə Regional Mədəniyyət və Turizm İdarəsinin tabeliyindəki Goranboy rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Səfikürd kənd kitabxana filialı, Tatarlı 2 №-li kənd kitabxana filialı və Səfikürd kənd sənədkarlıq evinin birgə hazırlayıqları 26 fevral Xocalı faciəsinın 26-cı ildönümü ilə əlaqədar “Əsrin ən böyük soyqırımı” adlı tədbir keçirdi.
Tədbiri giriş sözü ilə Səfikürd kənd tam orta məktəbin müəllimi İsgəndər Səklikov açdı. Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Tədbir şagirdlərin ifasında “Açılmayan gecə” adlı səhnəciklə davam etdi. Daha sonra Səfikürd kənd tam orta məktəbinin şagirdi Pəri Səklikova Zəlimxan Yaqubun “Layla Xocalım Layla” şeirini söylədi.
Tədbir sonunda iştirakçılar “Əsrin ən böyük soyqırımı” adlı sərgi ilə tanış oldular.