Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Şəhidlərin məzarı ziyarət olunub

18.10.2021

18.10.2021-ci il tarixində Gəncə şəhər Yeni qəsəbə 2-də yerləşən Kosalar kənd mədəniyyət evi, Yaloba Tarix Diyarşünaslıq muzeyi, Yaloba kənd klub, Başkənd kənd klubu, Cavadlar kənd klubu, Yaloba kənd kitabxana filialı, Cavadlar kənd kitabxana filialı, Kosalar kənd kitabxana filialının kollektivi ilə birgə anım günü qeyd olundu.Gəncə şəhəriində olan şəhidlər xiyabanı ziyarət olundu. Şəhidlərimizin məzarları önünə gül dəstələri qoyuldu.Tədbirimiz şəhidlər xiyabanındakı əbədi yaşar məşəl kompleksinin  qarşısında  davam etdi.

            İlk olaraq şəhidlərimiz bir dəqiqəlik sükutla yad edildi.

            Kosalar kənd mədəniyyət evinin direktoru Ramiz Məhərrəmov 30 il düşmən tapdağında olan torpaqlarımızın şəhidlərimizin qanı və canı hesabına işğaldan azad olunması haqqında danışdı.

            Yaloba Tarix Diyarşünaslıq Muzeyinin direktoru Tofiq Məmmədov müzəffər Ali Baş Komandamızın qətiyyətli siyasəti, şanlı ordumuzun 44 gün ərzində döyüş meydanında düşməni məhv etməsindən onların göstərdikləri qəhrəmanlıqlardan danışdı və qeyd etdiki Vətən Müharibəsi zamanı bir əsgərimizdə olsun fərarilik etmədi, ancaq düşmən tərəfin 10 minlərlə əsgərinin silahlarını ataraq döyüş yerindən qaçmasını vurğuladı. Sonda şəhidlərimizə Allahdan rəhmət, ailələrinə səbr dilədi.