18.10.2021
Gəncə Regional Mədəniyyət idarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş kitabxana sisteminin 1 saylı filialı 18.10.2021-ci il tarixində 18 oktyabr Dövlət Müstəqilliyinin bərpa olunması günü münasibəti ilə "Müstəqilliyimiz əbədidir, dönməzdir" başlığı altında onlayn ədəbi-bədii kompozisiya keçirtdi.Tədbiri giriş sözü ilə 1 saylı kitabxana filialının müdiri Züleyxa Məlikova açaraq iştirakçıları salamladı və bayram münasibəti ilə təbrik etdi.Daha sonra sözü 4 saylı məktəbin müəllimi Nuranə Məmmədovaya verdi. Nüranə Məmmədova öz çıxışında 2021-ci oktyabrın 18 müstəqillik günümüzü tam fərqli olaraq ərazi bütövlüyünü bərpa etmiş qalib xalq kimi qeyd etməsindən danışdı. Sonra söz məktəbin tarix müəllimi Türkan Kərimovaya verildi,öz çıxışında bildirdiki Azərbaycan Dövlət müstəqilliyi keşməkeşli mübarizələr və qurbanlar dolu tarixi bir yol keçmişdi.Tədbirdə 4 saylı məktəbin müəllimi Əfsanə Sadıqovaya verildi. Əfsanə müəllimə öz çıxışında qeyd etdiki bugünkü gün Azərbaycan xalqının tarixinə şərəf qürür və iftixar hissi ilə yazılmış bir gündür. 4 saylı məktəbin ibtidai sinif müəllimi Aysel Əliyevaya verildi.Aysel müəllimə qeyd etdi ki, Azərbaycan dövləti öz müstəqilliyini bərpa etmiş demokratik hüquqi dünyəvi bir dövlətdir.
Sonra söz Gəncə Maarif evi ictimai birliyinin rəhbəri İmamverdi Vəliyevə verildi, o qeyd etdi ki, Müstəqilliyimizin bərpasında Azərbaycan Xalq cəbhəsinin mühüm rol oynadığını söylədi.Daha sonra Azərbaycan yazıçılar birliyinin üzvü şairə Aləmzar Əlizadə Azərbaycan xalqına qarşı törədilən dəhşətli və insanlıqdan uzaq olan cinayətlər haqqında danışdı.O,qeyd etdi ki, bunlara baxmayaraq Azərbaycan xalqı öz Müstəqilliyini yenidən bərpa etdi.Tədbirdə 4 saylı məktəbun şagirdləri Tağıyeva Türkan,Səfərəliyeva Fatimə,Əliyeva Elmira,Məmmədova Aylin,Verdiyeva Ayan,16 saylı məktəbin şagirdi Nuray İsmayılzadə Azərbaycanın Müstəqilliyi haqqında öz şeir və kompozisiyalarını söylədilər.Sonda 1 saylı filialın müdiri tədbir iştirakçılarına minnətdarlıq bildirdi.