18.10.2021
Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 19 saylı kitabxana filialı 18 oktyabr Milli Müstəqillik günü münasibətilə “Dövlət Müstəqilliyi firəvan gələcəyin təminatıdır” adlı oxucu konfransı keçirdi. Azərbaycan Respublikasının dövlət himni səsləndikdən sonra 19 saylı kitabxananın müdiri Elza Əliyeva iştirakçıları18 oktyabr Milli Müstəqillik günü münasibətilə təbrik etdi və AMEA-nın Gəncə şəhər bölməsi üzrə filalogiya üzrə fəlsəfə eimləri doktoru Əlimuxtar Muxtarov “Azərbaycan Müstəqilliyinin keçdiyi çətin və şərəfli yol”,Gəncə şəhər İcra Hakimiyyətinin məsul işçisi Bəyim Məmmədova “Ulu öndər Müstəqilliyimizin memarıdır”, Avropa Azərbaycan məktəbinin müəlliməsi Sevil Əliyeva “Firəvan həyatın başlanğıcı müstəqillikdir”,Gəncə şəhər Şah İsmayıl Xətai adına 13 saylı tam orta məktəbin müəlliməsi Vəfa Hacıyeva “Müstəqilliyimiz daimidir, əbədidir”,Azərbaycan dili və ədəbiyyat müəlliməsi Mərquşə İbrahimova “Dövlətçiliyin möhkəmləndirilməsi, təhsilin inkişafı”, ibtidai sinif müılliməsi Fidan Musayeva “Dünyanın qüdrətli dövlətinə çevrilən Azərbaycan” adlı mövzularla çıxışlar etdilər.Tədbirdə Şah İsmayıl Xətai adına 13 saylı tam orta məktəbin VIII sinif şagirdlərindən Vaqif Hümbətov “Gəncə raketlər altında”, Aytac Cəfərova “Gəncə, məktəblər və məktəbliləri erməni terrorçularının hədəfi oldu”, Aygül Alnağıyeva “Qarabağ tarixən Azərbaycan torpağı olub”, Amil Nəsibov “Azərbaycan öz torpaqlarını azad etdi”, Nərmin Vəliyeva “Biz qalib dövlətik”, Tahir Hacızadə “Biz şəhidlərimizə borcluyuq”, Aynur Quliyeva “Heç nə unudulmur, heç kim yaddan çıxmır”, Tonya Əsgərova “Prezidentimizlə fəxr edirik”, Yunis Məmmədzadə “Türkiyə və Azərbaycan münasibətləri”, Tunar Hüseynov “Vətənimlə fəxr edirəm”, Nərmin Zeynalova “ Şanlı ordumuz” , Şəhla Baxşəliyeva “Qarabağ Azərbaycandır”adlı video çarxlar təqdim edərək çıxışlar etdilər. Konfransda III sinif şagirdlərindən Aylin Allahverdiyeva, Duyğu-Hikmət Babayevlər, Zəhra Məmmədli,Fatimə Abbasəliyeva, Mehman Qasımzadə, Kəmalə Əliyeva, Mədinə Hüseynli, Mehri, Nuran, Nuray, İnci, Gülçin Qəşəmlilər, Nuray Məmmədova və başqalarının ifalarında Milli Müstəqillik gününü tərənnüm edən şerlər söylənildi.