18.10.2021
Gəncə Regional Mədəniyyət İdarəsi Goranboy rayon Mədəniyyət Mərkəzinin Şəfəq kənd və Qaraçinar kənd Mədəniyyət evinin birgə hazırladığı "Zəfərdən doğan Müstəqilliyin mübarək Azərbaycan" adlı tədbir keçirilmişdir.
Tədbirdə Mədəniyyət evlərinin kollektivi, kitabxana filialı, Şəhid Qazi ailələri,Qaraçinar kənd İƏDÜ-ə nümayəndəsi iştrak etmişdir.
İlk öncə tədbirdə Vətən Müharibəsi Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Tədbiri giriş sözü ilə açan Şəfəq kənd Mədəniyyət evinin direktoru Samirə Kazımova çıxış edərək geniş məlumat verərək bildirmişdir.
1991-ci il oktyabrın 18-də "Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında" Konstitusiya Aktı qəbul olunub. Konstitusiya Aktında 1918-ci il 28 may tarixli İstiqlal Bəyannaməsinə və "Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında" Azərbaycan Respublikası Ali Sovetinin 1991-ci il 30 avqust tarixli Bəyannaməsinə istinad olunub, Azərbaycan Respublikasının Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğu təsbit edilib. Beləliklə, "Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında" Konstitusiya Aktına əsasən Azərbaycan xalqı 1991-ci il oktyabrın 18-də öz müstəqilliyini bərpa edib.
Qeyd edək ki, Milli Məclisin 11 oktyabr 2021-ci il tarixdə keçirilən iclasında "Müstəqillik Günü haqqında" qanun layihəsi müzakirələrdən sonra birinci oxunuşda qəbul olunub. Qanun layihəsinə əsasən, mayın 28-i Respublika Gününün adı dəyişdirilərək Müstəqillik Günü, oktyabrın 18-i Dövlət Müstəqilliyi Gününün adı dəyişdirilərək Müstəqilliyin Bərpası Günü elan edilmişdir deyə Samirə Kazımova bildirmişdir.
Daha sonra tədbirdə çıxış edən Qaraçinar kənd Mədəniyyət evinin direktoru Tahirə İmanova, Bədii rəhbər Xalidə Ələkbərova, Qaraçinar kənd İƏDÜ-ə nümayəndə Rəşid Xudiyev, Rayon Mədəniyyət Mərkəzinin mədəni-təşkilatçısı Elçin Tağıyev qısa ömür yaşamış Müstəqilliyimizin qorunub saxlanılmasında Ulu Öndər Heydər Əliyevin böyük rolunun olduğunu və bu gündə möhtərəm cənab Prezidentimiz İlham Əliyev cənablarının rəhbərliyi ilə Qalib ölkənin Zəfər Tarixli Müstəqilliyinin yaşadığı bir günün olmasını vurğulamışdırlar.
Tədbirdə məktəblilərin ifasında vətənpərvərlik mövzusunda şeir parçaları söylənilmişdir.
Tədbirin sonunda Qaraçinar kənd Mədəniyyət evində Tarix yazan igidlərimizin keçdiyi şərəfli döyüş yoluna həsir edilmiş "Qəhrəmanlıq Səlnaməsini yazan qəhrəmanlar unudulmur" adlı fotosərgiyə baxış keçirilmişdir.