Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Müstəqilliyimiz əbədidir, daimidir və dönməzdir!”başlığı altında sərgi-söhbət keçirilib

18.10.2021

Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 15 saylı filialıAzərbaycan Respublikasının 18 Oktyabr“Müstəqilliyin Bərpası Günü” nün 30 ilitamam olması iləəlaqədar “Müstəqilliyimiz əbədidir, daimidir və dönməzdir!”başlığı altında sərgi-söhbət keçirtdi. Tədbiri filialın kitabxanaçısı Sulaxbin-Elçi Aygün apardı.Kitabxanaçı söhbəti sərgi qarşısında oxuculara çatdırdı. Qeyd etdi ki, tale elə gətirib ki, Azərbaycan XX əsrdə iki dəfəözünün müstəqilliyini əldə etmək, suveren dövlət qurmaq imkanı qazanıb. Birinci dəfə 1918-ci ildə qurulmuş Azərbaycan Xalq Cumhuriyyəti müxtəlif səbəblərdən cəmi 23 ay yaşadı. İkinci dəfə Azərbaycanöz müstəqilliyini 1991-ci il 18 Oktyabrda elan etdi. Bu gün biz “Müstəqilliyin Bərpası Günü” nün 30 ilini qeyd edirik. Bunun üçün biz Müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı, bütün varlığı ilə vətəninə, xalqına bağlı olan dünya şöhrətli siyasətçi və böyük dövlət xadimi, ümummilli lider Heydər Əliyevə minnətdarıq. Məhz Ulu öndər Heydər Əliyev çağdaş tariximizdəəbədiləşmış, vətən və xalq qarşısında misilsiz xidmətlər, xilaskarlıq missiyası vəzəngin dövlətçilik irsi nümunəsi göstərmişdir. Təsadüfi deyil ki, sərgimizin başlığı məhz Heydər Əliyevin hələ sağlığında dillər əzbəri olmuş müstəqilliyimizləbağlı dediyi məşhur deyimi ilə adlandırılıb. Eyni zamanda onu da vurğuladı ki, bu il 2021-ci il 18 oktyabr Azərbaycan Respublikasının “Müstəqilliyin Bərpası Günü” nün xüsusi əhəmiyyəti var. 30 ildən bəri düşmən işğalı altında olan torpaqlarımız indi azaddır. Var olsun Azərbaycan Ordusu, Var olsun Azərbaycan Xalqı, Var olsun Ali Baş Komandan!Yaşasın Müstəqil Azərbaycan!

Kitabxanaçı məktəb yaşlı oxucuların Uluöndərə və Qalib xalqın Qalib prezidenti, Ali Baş Komandanımız cənab İlham Əliyevin əksləri həkk olunmuşkitablara böyük sevgi hissi ilə toxunmaq həvəslərini anlayışla qarşılayaraq, onları maraqlandıran sualları cavablandırdı. Tədbirin sonunda iştirakçılar xatirə şəkli çəkdirdilər.