Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Gəncə şəhərini raket atəşinə tutduğu əraziləri ziyarət edilib

16.10.2021

Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxananın Uşaq şöbəsi 16.10.2021-ci il tarixində 26 №-li fizika-riyaziyyat və informatika təmayüllü məktəbin bir qrup şagirdləri və oxucuarı ilə birlikdə Azərbaycan xalqına qarşı dəhşətli və insanlıqdan uzaq cinayət törədən  Ermənistan hərbiçilərinin Gəncə şəhərini raket atəşinə tutduğu əraziləri ziyarət etdilər. Düşmən cinayətinın izləri və dağılmış evlərin şahidi olan uşaqlar İlk növbədə qanlı terror hadisəsinin baş verdiyi yerlərə gül dəstələri düzdülər və həlak olmuş həmvətənlərimizin xatirəsini bir dəqiqəlik sükütla yad etdilər.
Tədbirdə Uşaq kitabxanasının şöbə müdiri Ellada Rəhimova və 26 №-li məktəbin müəlliməsi Mehriban Məmmədova çıxış edərək qeyd etdilər ki, sentyabrın 27-dən başlayan müharibədə ağır məğlubiyyətə uğrayan Ermənistan ordusu öz çirkin əməllərini davam etdirməkdən çəkinmədilər. Çox təhlükəli raket sistemindən istifadə edərək Gəncə əhalisini 5 dəfə ayrı-ayrı vaxtlarda bütün beynəlxalq hüquq normalarını pozaraq atəşə tutdular. Bu çox dəhşətli və insanlıqdan uzaq olan bir cinayət və Xocalı soyqırımından sonra Azərbaycan xalqına qarşı həyata keçirilən yeni bir dəhşətli faciə idi. Hər zaman olduğu kimi onlar dinc əhaliyə qocaya, qadına, uşağa qarşı amansıqlıq etdilər. Qeyd etdilər ki, xalqımızın qan yaddaşında əbədi yaşayacaq olan Gəncə terroru heç zaman unudulmayacaq və gələcək nəsillərə ötürüləcək. Tədbirin sonunda şagirdlər vətənə və şəhidlərə həsr olunmuş şeirlər söylədilər.