16.10.2021
15 Oktyabr 2021-ci il tarixində Gəncə Regional Mədəniyyət idarəsi Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanası şəhid Mirhüseyn Miryunis oğlu Seyidzadənin ailəsi ilə görüş keçirdi. Azərbaycan şəhidlərinin ruhu bir dəqiqəlik sükutla yad edildi. Tədbiri MKS-nin direktor əvəzi Fəridə Qədimova açdı: “Şəhidlər xalq tərəfindən qərinələr, əsrlər keçməsinə baxmayaraq əsla unudulmayan insanlardır. Canlarından keçməklə xalqın qəhrəmanlıq dastanını, azadlığını canı ilə qazanıb, qanı ilə yazanlardır Şəhidlər...”
Oxu zalının müdiri Aidə Abdullayeva şəhid igidimiz Mirhüseyn Seyidzadənin tərcümeyi-halı haqqında tədbir iştirakçılarına məlumat verdi.
Görüşdə Gəncə Şəhər İcra Hakimiyyətinin mümayəndəsi Yadigar Bədəlov,Gəncə Regional Mədənyyət İdarəsinin rəis müavini Asəf Məmmədov və idarənin əməkdaşları, Cavad xan Tarix və Mədəniyyət fondunun vitse-prezidenti Müzadil Həsənov,jurnalist, teatrşünas - tənqidçi Anar Bürcəliyev, Azərbaycan Yazıçılar Birliyi Gəncə bölməsinin sədri, şairə Xəzangül Hüseynova, şairlər Aləmzər Əlizadə, Zahir Şirani, M.C.Paşayev adına muzeyin direktoru İradə Paşayeva,şəhid Mirhüseyin Seyidzadənin təhsil aldığı M.Ə.Sabir adına 5 saylı tam orta məktəbin direktoru Bəhram İmranov və müəllimləri, Əməkdar Mədəniyyət işçisi,şair-publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü Bəxtiyar Muradov,şəhidin yaxın dostu Elvin Abdurrəhmanov , Mirhüseyn Seyidzadənin valideyinləri və yaxın qohumları iştirak etdilər.Bütün iştirakçılar şəhidin döyüş yolundan,Azərbaycan şəhidlərinin sücayət və qəhrəmanliğindan,şəhid Mirhüseyn Seyidzadənin yaxınları, müəllimləri və onu tanıyanlar şəhidin səmimi,xeyirxah, igid ,cəsarəti və qorxmazlığından ağız dolusu danışaraq, ona Allahdan rəhmət, ailəsinə səbr,dözüm dilədilər.Şairlər vətən və şəhidlər mövzusunda şeirlər ifa etdilər .
Tədbirdə şəhidimiz Mirhüseyn Seyidzadənin xatirəsinə həsr olunmuş - onun şəkilləri ,orden və medalları,əsgər forması,şəxsi əşiyaları toplanmış guşəyə iştirakçılar tərəfindən baxış keçirildi. Sonda şəhidimizin ehsanına çay süfrəsi təşkil olundu. Tədbir yerli kanal- ARB vasitəsi ilə işıqlandırıldı.