16.10.2021
Gəncə Regional Mədəniyyət İdarəsi Goranboy rayon Mərkəzləşdirilmiş Kitabxananın Uşaq şöbəsi 15.10.2021 ci il tarixdə 2 saylı tam orta məktəbində 17oktyabr Füzuli rayonunun işğaldan azad olunması münasibətilə "Qalib Azərbaycan" adlı tədbir keçirdi.Tədbir Azərbaycan Respublikasının dövlət himni ilə başladı. Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Uşaq şöbəsinin müdiri Rəna Məhərrəmova tədbir haqqında məlumat verdi. Uşaq şöbəsi, Oxu zalının müdiri Samirə Əliyeva "Düşmənə göz dağıdı Füzuli" adlı məruzə ilə çıxış edərək qeyd etdi ki ,27 ildən artıq mənfur erməni ordusu tərəfindən işğal edilən Füzuli rayonu Ali Baş Komandan İlham Əliyevin və Şanlı Azərbaycan ordusunun apardığı uğurlu əməliyyat nəticəsində 17.10.2020 ci ildə işğaldan azad edildi. 2 saylı tam orta məktəbin sinif müəllimi 44 günlük Vətən müharibəsinin əsgəri gizir Əhmədov Vasif SultanƏhməd oğlunun bacısı Münəvvər Əhmədova çıxış edərək qeyd etdi ki,bu gün mən burda bir əsgərin bacısı olaraq yox minlərlə əsgərin bacısı olaraq torpaqlarımızın azadlığı uğrunda qəhrəmanlıq göstərən bütün əsgər və zabitlərin bacısı olaraq xalqimizla,ordumuzla qürur duyuram.Tədbirdə 4-cu sinif şagirdləri Əminə Hacızadə, Nuray Yolcuzadə ,7ci sinif şagirdi Turan İsrafilov,6-ci sinif şagirdi Əhmədli Xalıq Əhəd oğlu Hərbi vətənpərvərlik mövzusunda şerlər söylədilər.Tədbirdə "Füzuli sən azadsan" adlı video çarx nümayiş olundu.Silsilə tədbirlərimiz davam edəcək.