16.10.2021
Gəncə Regional Mədəniyyət İdarəsi Samux rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Qarayeri qəsəbə kitabxana filialının təşkilatçılığı ilə Füzuli rayonunun 27 illik işğalından sonra azad olunması münasibəti ilə “ Fizuli azadlığın mübarək” adlı onlayn yoldaşlıq görüşü keçirildi.
Tədbirə başlamazdan öncə Qarabağımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi .
Tədbiri giriş sözü ilə Samux rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Qarayeri qəsəbə kitabxana filialının müdiri Samirə Məmmədova açaraq 1993-cü ildə Füzuli rayonu Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilməsindən . 1994-cü il Horadiz əməliyyatı zamanı rayonun bir hissəsi işğaldan azad edilməsindən.
Qonaqlarımızı salamlamaq üçün sözü Samux rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktor səlahiyyətlərini müvəqqəti icra edən Telli xanım Nəsibovaya verildi oda öz növbəsində Füzuli rayon MKS-nin kollektivini salamladı və Füzuli rayonun işğaldan azad olunması münasibəti ilə onları təbrik etdi .
Gəncə Regional Mədəniyyət İdarəsinin Samux rayon üzrə baş məsləhətçisi Suleyman Əliyeva öz növbəsində qonaqlarımızı salamladı.Bu yoldaşlıq görüşünün hazırlanıb ərsəyə gəlməsində əziyəti keçən Samux rayon MKS-ni Qarayeri qəsəbə kitabxana filial müdiri Samirə Məmmədovaya və Füzuli rayon MKS-nin İnformasiya Resurs şöbəsin müdiri Sevinc xanıma minnətdarlığını bildirdi.
Füzuli rayom MKS-nin Komplektləşdirmə və Kitabişləmə şöbəsinin müdiri Nəbiyeva Xavər, İnformasiya Resurs şöbəsin müdiri Sevinc xanım ,Bəhrəmtəpə qəsəbə filial əməkdaşı Novruzlu Həmayıl, Füzuli rayon MKS-nin Böyük Bəhmənli kənd filial müdiri Əliyev Şamil, Mahmudlu 2 kənd kitabxana filialının kitabxanaçısı Vəlizadə Ülviyyə , Mamudlu kitabxana filial əməkdaşı Orucova Azadə xanım danışdılar .
Samux rayon MKS-nin oxuculara xidmət şöbəsinin müdiri Vüsalə Əliyeva, Samux rayon Mərkəz Kitabxananın Uşaq şöbəsinin müdiri Venera Məmmədova, Baş metodist Verdiyeva Tərifə, Seyidlər kənd kitabxana filial müdiri Xatirə Məmmədova, Qarayeri qəsəbə klubunun müdiri Günel Həsənovada çıxış edərək qonaqları salamladılar, Füzuli rayon haqqında gözəl təsüratlarından danışdılar Füzuli rayon MKS-nin kollektivi ilə tanış olmaqlarına çox məmnun oldular belə görüşlərin mütəmade keçirilməsini arzu etdilər.