16.10.2021
15.10.2021 - ci il tarixdə Gəncə Regional Mədəniyyət İdarəsi Samux rayon Mədəniyyət Mərkəzi və kənd filiallarının təşkilatçılığı ilə birgə 18 Oktyabr Müstəqillik günü ilə bağlı " Müstəqilliyimiz əbədidir" adlı onlayn tədbir keçirildi.
Tədbirin ilk açılışını Mədəniyyət Mərkəzinin direktor vəzifəsini müvəqqəti icra edən Arif Məmişov tədbir iştirakçılarını salamlayaraq Ulu Öndərimizin müstəqilliyimiz haqqında dediyi unudulmaz kalamla açdı.
" Azərbaycanın dövlət müstəqilliyi dönməzdir, əbədidir, və sarsılmazdır".
Sonra söz Samux rayon üzrə baş məsləhətçi Süleyman Əliyevə verildi. Biz fəxrlə deyə bilərik ki, Azərbaycan xalqı 1991 - ci ildən sonra ilk dəfə bu bayramı tam fərqli olaraq, öz ərazi bütövlüyünü bərpa etmiş xalq kimi qeyd edir. Bu baxımdan dövlətçilik tariximizdə müstəsna əhəmiyyətli mərlələlərin, xüsusən müstəqilliyin əldə edilməsi və bərpası kimi tarixi günlərin onların mahiyyəti və məzmununa uyğun daha dəqiq ifadə olunması böyük önəm kəsb edir. Azərbaycan xalqı ötən əsrin əvvəlində müstəqil respublika qurmuş, 1991 - ci ildə isə Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi öz müstəqilliyini bərpa etmişdir.
Sonra söz Qarayeri klub müdiri Günel Həsənovaya verildi. Yeni fəaliyyətə başlamış parlamentin qəbul etdiyi qanunlar milli müstəqilliyin möhkəmləndirilməsində, ölkədə siyasi, iqtisadi və mədəni inkişafının təmin olunmasında, demokratik müstəvidə milli maraqların qorunması istiqamətində mühüm addımlar atılmışdır. Məndə hər kəsi öz adımdan təbrik edirəm və bizlər inanırıq ki, güclü dövlətimiz, dəmir yumruqlu, iradəli siyasəti olan Prezidentimiz Cənab İlham Əliyevin sayəsində dövlətimiz günü- gündən daha da çiçəklənəcəkdir.