Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Tarixdə  iz  buraxanlar “  adlı  dəirmi  masa  keçirildi .

15.10.2021

14.10.2021-ci il tarixdə  Gəncə  Regional  Mədəniyyət  İdarəsi  Samux  rayon Mərkəzləşdirilmiş  Kitabxana  Sisteminin  Qarayeri  qəsəbə  kitabxana  filialında   Qarayeri  qəsəbə klubu ilə birgə  Xalq  yazıçısı, dramaturq  Mirzə  İbrahimovun 110 illik yubileyi münasibəti  ilə “ Tarixdə  iz  buraxanlar “  adlı  dəirmi  masa  keçirildi .

Samux MKS-nin  Qarayeri  qəsəbə  kitabxana  filial  müdiri  Samirə Məmmədova tədbiri  açıq  elan  edərək    həqiqi sənət əsərləri yaradan  Azərbaycan  ziyalıları içərisində xalq yazıçısı, dramaturq, ədəbiyyatşünas, alim Mirzə İbrahimovun yaradıcılıq aləmində özünəməxsus yeri  olmasından. Ədibin keçdiyi çətin və şərəfli ömür yolundan , Mirzə İbrahimov 1930-cu illərdən başlayaraq ömürünün sonuna qədər ədəbi, elmi işini böyük  dövlət  əhəmiyyətli  ictimai  fəaliyyət sahələri ilə sıx əlaqələndirərək  ədəbiyyatımızın və mədəniyyətimizin nüfuzlu nümayəndələrindən biri kimi yüksəlmişdən  danışdı.

Qarayeri  qəsəbə  klubunun  müdiri  Günel  Həsənova da  çıxış  edərək  Xalq yazıçısı Mirzə İbrahimovun həyatı və yaradıcılığı zəngin və çoxşaxəli olmasından . Mirzə İbrahimov ədəbiyyat  tarixində bir nasir, qüdrətli dramaturq, mədəniyyət tarixində ictimai xadim kimi özünəməxsus yer tutmasından . Onun misilsiz yaradıcılığı ədəbiyyat və mədəniyyət tariximizdə əvəzsiz bir iz buraxmasından. 1930- cu ildən Azərbaycan yazıçısı Seyid Hüseynin rəhbərliyi ilə Zabratda təşkil olunmuş ədəbiyyt dərnəyində iştirak etməklə mətbuatda imzası görünməyə başlayan Mirzə İbrahimovun əsərləri artıq oxucuların diqqətini cəlb etmisindən danışdı.

Qarayeri  qəsəbə  kitabxana  filialıının  Multi-Media  resursları üzrə  mütəxəsisi  Səadət  Rəcəbovada  öz  növbəsində  Mirzə İbrahimov – insanın səadəti və azadlığı, xalqın sosial və mənəvi tərəqqisi naminə yaşayan, yaradan yazıçı, görkəmli xadim  olmasından . Onun yaradıcılığı zəmanəmizin oxucularımıza əvəzsiz xidmətinin gözəl nümunələrindən  danışdı. Sonda  Mirzə  İbrahimovun  kitabxana  fondunda  olan seçilmiş  əsərlərinə  baxıldı.