15.10.2021
15.10.2021-ci il tarixində Gəncə Regional Mədəniyyət İdarəsi Samux Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Əhmədbəyli və Bağbanlar kənd kitabxana filialları 15 Oktyabr 2021-ci il tarixində “İkinci Qarabağ-44 günlük Vətən müharibəsi” şəhidlərimizin əziz xatirəsinə həsr olunan Samux Rayon Əhmədbəyli kəndinin şəhidi Mürsəlzadə Elməddin Cəsur oğlunun anım gününə həsr olunan“Şəhidlik uca zirvədir” adlı onlayn tədbir keçirildi.
Əhmədbəyli kənd kitabxana filialının müdiri Gülər Kərimova tədbiri giriş sözü ilə açaraq tədbir iştirakçılarını salamladı. 44 günlük Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Tədbirdə Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru əvəzi Telli Nəsibova şəhidlərimizin əziz xatirəsi haqqında çıxış etdi. Çıxışında bu cür mərd, igid oğul böyütdüyü üçün şəhidimizin anası Əfsanə anaya təşəkkür etdi.
Gəncə Regional Mədəniyyət İdarəsi Samux Rayon üzrə baş məsləhətçisi Süleyman Əliyev Şəhid Mürsəlzadə Elməddin Cəsur oğlunun igidliyindən söhbət açdı.
Heydər Əliyev Mərkəzinin direktoru Nuranə Həsənova da çıxış edərək şəhidin ailəsinə mərd, igid və qəhrəman övlad böyütdüyü üçün öz təşəkkür və minnətdarlığını bildirdi.
Şəhid anası Mürsəlzadə Əfsanə ana qeyd etdiki Elməddin uşaqlıqdan düşmənin soydaşlarımıza qarşı etdiyi qətliamlarin qisasini almaq istədiyini və boyuyub bu gunku gundə həmin arzsuna çatdigini söylədi.
Daha sonra Oxuculara xidmət şpbəsinin müdiri Əliyeva Vüsalə Seyidlər kənd kitabxana filialının müdiri Xatirə Məmmədova, Karayeri qəsəbə kitabxana filialının müdiri Samirə Məmmədova şəhidimizin ailəsi ilə görüşdə belə bir mərd, igid oğul böyütdüyü üçün şəhidimizin anası Əfsanə xanıma təşəkkür etdilər.
Əhmədbəyli kənd kitabxana filialının kitabxanaçısı Rəqsanə Abdullayeva şəhid Mürsəlzadə Elməddin Cəsur oğlunun həyatı haqqında çıxış etdi.
Bağbanlar kənd kitabxana filialının müdiri Şəhla Namazova Şəhidimizin ailəsinə qəhrəman oğul böyütdükləri üçün öz minnətdərlığını bildirdi və qəhrəmanlıqlarından danışıldı.
Kitabxananın fəal oxucuları Ələkbərli Xədicə və Ələkbərli Mədinə şəhidlərə həsr olunan şeirlər dedilər.