15.10.2021
Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 4 saylı filialının kollektivi Azərbaycanın Fövqəladə Hallar Nazirliyinin əsgəri şəhid Şəfiyev Rəşadın ailəsinə baş çəkmiş və qəbrini ziyarət etmişlər. Rəşad Şəfiyev 2020-ci il sentyabrın 27-də Vətən Müharibəsi zamanı axtarış-xilasetmə əməliyyatlarında iştirak etmişdir. 2020-ci il 4,5,8,11 və 17 oktyabr tarixlərində Gəncənin, 27- də isə Bərdənin raket atəşinə tutulması nəticəsində aldığı yaralardan şəhidlik zirvəsinə ucalmışdır. Şəhidin anası oğlunun qəhrəmanlıqları haqqında qürur və iftixarla danışırdı. Şəhid Rəşad Şəfiyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib. Allah bütün şəhidlərimizə rəhmət eləsin.