23.02.2018
Gəncə şəhər Uşaq İncəsənət Məktəbində Xocalı soyqırımının 26-cı ildönümü ilə əlaqədar “Xocalı unudulmaz” adlı tədbir keçirildi. Soyqırım qurbanlarının xatirəsi 1 dəqiqəlik sükutla yad edildi.
Tədbirdə məktəbin müəllimi Namiq Həsənov Xocalı soyqırımı barədə ətraflı məlumat verdi.
Məktəbin müəllimi Gülmira Həmzəyevanın vokal sinfinin şagirdləri ilə birlikdə hazırladığı musiqi ədəbi-bədii kompozisiya tədbir iştirakçılarına təqdim edildi.
Sonda iştirakçılar Xocalı soyqırımına həsr olunmuş rəsm sərgisinə baxdılar.