Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”İllərin susmayan yarası” başlığı altında söhbət-sərgi keçirdi.

15.10.2021

14.10.2021-ci il tarixdə Gəncə Regional Mədəniyyət İdarəsi,Gəncə şəhəri Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 7 saylı kitabxana filialı "İllərin susmayan yarası" başlığı altında söhbət-sərgi keçirdi.
Söhbət 44 günlük II Qarabağ müharibəsi ərəfəsində1 il öncə 2020 - ci ilin oktyabr ayında Gəncə şəhərinin Ermənistan Silahlı Qüvvələri tərəfindən 5 dəfə ayrı-ayrı zamanlarda bombalanmasına həsr olunmuşdur.Tədbiri kitabxanaçı Vüsalə Mustafayeva aparırdı.Kitabxanaçı söhbəti sərgi qarşısında oxuculara çatdırdı.Sərgidə 4-17 oktyabr tarixlərində bombalanmış ərazilərə həsr olunmuş fotoşəkillər və dövrü mətbuat nümunələri düzənlənmişdi.
Kitabxanaçı söhbət əsnasında qeyd etdi ki, II Qarabağ müharibəsi dövründə Erməni Silahlı Qüvvələri tərəfindən Gəncə şəhərinə ümumilikdə 5 dəfə (4,5,8,11,17 oktyabrda) raket və ağır artilleriya ilə hücum edilib.Nəticədə 26 nəfər şəhid olub,175 nəfər yaralanıb.Təəssüf ki,yaralananlar və ölənlər arasında azyaşlılar da vardır.Kitabxanaçı vurğuladı ki,Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev bu hücumu "Azərbaycan xalqına qarşı Xocalı soyqrımından bəri şahidi olduğumuz bir soyqrım aktı"adlandırıb.
Kitabxanaçı bildirdi ki, bütün bu hadisələr nə gəncəliləri,nə də ordumuzu ruhdan salmadı,Gəncə əhalisi mərd dayandı.44 günlük bu Vətən müharibəsi Ali Baş Komandan İlham Əliyevin və qüdrətli ordumuzun sayəsində qələbə ilə,zəfərlə başa çatdı.Qarabağ Azərbaycandır.
Tədbir meydana çıxan sualların kitabxanaçı tərəfindən cavablandırılması ilə başa çatdı.