15.10.2021
Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxananın Uşaq şöbəsi 14.10.21-ci il tarixində 17 Oktayabr 2020-ci il Füzuli rayonunun işgaldan azad olunması münasibətilə “Azadlığın mübarək- Füzuli”adlı şeir gecəsi keçirtdi.Tədbirdə İsrafil Məmmədov adına 27 №-li məktəb-liseyin şagirdləri və kitabxananın oxucuları iştirak etdilər. Tədbir Azərbaycan Respublikasının himni ilə başladı. Şeir gecəsini açıq elan edən kitabxananın şöbə müdiri Ellada Rəhimova iştirakçıları salamlayaraq bildirdi ki, 2020-ci il sentayabrın 27-də Azərbaycan düşmən Ermənistanın hərbi əməliyyatlarına cavab olaraq öz torpaqlarının müdafiəsinə qalxdı.44 gün davam edən II Qarabag Vətən müharibəsi Azərbaycanın qələbəsi ilə nəticələndi. Eləcədə Azərbaycan əsgəri Füzuli rayonunun işğal günü olan 1992-ci il avqustun 23-ü tarixinin üstündən xətt çəkdi. Tarixə 2020-ci ilin 17 oktyabr günü rayonun işğaldan azad olunması günü kimi yazıldı. Bu azadlıq Azərbaycanın qəhrəman oğullarının canı-qanı bahasına başa gəldi. Şeir gecəsində iştirak edən 27 №-li məktəb-liseyin ibtidai sinif müəlliməsi Sevil Verdiyeva çıxış edərək qeyd etdi ki, 44 gün sürən hərbi əməliyyatlar nəticəsində müzəffər Azərbaycan Ordusu qazandığı qələbə ilə şanlı qəhrəmanlıq salnaməsi yazdı. Özünü qalib xalq olduğunu bütün dünyaya sübut edərək düşmən üzərində tarixi zəfər çaldı. Sonda şagirdlər Azərbaycana, torpağa və qələbəyə aid şeirlər söylədilər, rəqs nömrələri göstərdilər. Tədbir “Yaşa,var ol Azərbaycan” musiqisi ilə başa çatdı.