15.10.2021
13.10.2021-ci il tarixdə Gəncə Regional Mədəniyyət İdarəsi Samux rayon MKS-nin Seyidlər kənd kitabxana filialı Erməni terrorunun qurbanlarına həsr olunan “ Valideyin həsrətli Xədicə” adlı onlayn görüş keçirdi.
Tədbirə başlamazdan öncə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Tədbiri giriş sözü ilə Samux MKS-nin Seyidlər kənd kitabxana filial müdiri Xatirə Məmmədova acaraq 17 oktyabrda baş vermiş Ermənistan tərəfindən Gəncə şəhərinə atılan raket nəticəsində hamısı mülki şəxs olmaqla 16 nəfər şəhid olmuş 55 nəfər isə yaralanmışdır. O dəhşətli qecənin qurbanlarından biridə Seyidlər kəndində doğulub boya başa çatmış Gəncə şəhər sakini ilə ailə həyatı qurmuş Zuleyxa Nizami qızıdır . Atılan raket onların evlərinin tən ortasına düşmüşdür.Xöşbəxtlikdən təkcə Xədicə adlı qızları sağ qalmışdır.Hal –hazırda Xədicə nənəsi və babasının himayəsində yaşamağı haqda tədbir iştirakçılarına geniş məlumat verdi.
Xədicəni və nənəsi Sevinc xanımı salamlamaq üçün söz verildi Samux MKS -in direktor əvəzi Telli xanım Nəsibovaya. O, çıxışında terror nəticəsində bir ailənin 3 üzvünün şəhid olması hal –hazırda balaca Xədicənin nənə baba himayəsində qalması hamı kimi mənidə kövrəlti. O, Sevinc xanıma ürək dolu təsəlliverici sözlər deyib. Xədicəni layiqli övlad kimi böyüməsini arzu etdi.
Xədicəni nənəsi Sevinc xanım çıxış edərək başda Prezident cənab İlham Əliyev və Mehriban xanım Əliyeva olmaqla onun nəvəsi Xədicəni diqqət mərkəzində saxlayan Dövlət qurumlarına və diqər təşkilat nümayəndələrinə dərin təşəkkürünü bildirdi. Sevinc xanım üçün ağır olsada həmin gecənin dəhşətini göz yaşları içərisində tədbir iştirakçılarına xatırlatdı.
Qarayeri qəsəbə kitabxana filial müdiri Samirə Məmmədova , xidmət şöbəsinin müdiri Vüsalə Əliyeva, baş metodist Tərifə Verdiyeva, metodika şöbəsinin müdiri Rübabə Şükürova, Sarıqaya kənd kitabxana filial müdiri Tahiqə Abbasovada öz növbələrində Sevinc xanıma ailənin böyük itkisinə görə təsəlli verici sözlər deyib hər zaman Xədicənin qulluğunda durmaları üçün can sağlığı arzuladılar.
Allahdan Şəhidlərimizə Rəhmət dilədilər.