Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Vətən Müharibəsi Şəhidi mayor Azər Mikayılovun ailəsini ziyarət edilib

15.10.2021

Gəncə Regional Mədəniyyət İdarəsi Xocalı şəhər 1 nömrəli Uşaq Musiqi məktəbinin direktoru Aşırov Ziya və məktəbin müəllim kollektivi  44 günlük Vətən Müharibəsi Şəhidi mayor Azər Mikayılovun ailəsini ziyarət edərək , valideynləri ilə görüşüblər . Şəhid ailəsinə ilk öncə Xocalı şəhər 1 nömrəli Uşaq Musiqi məktəbinin direktoru Aşırov Ziya hüznlə baş sağlığı verərək   ,vətən uğrunda mübarizə aparmış, qanları ilə tarix yazmış qəhrəmanlarımızın qələbə çaldığı döyüş yolunda dastana dönən şəhadətindən bəhs edərək , Şəhidimizə uca Allahdan rəhmət diləyibdir. Ziyarət zamanı şəhidimizin ruhuna dualar oxunubdur .

Kəlbəcər işğal ediləndə 13 yaşı olan , böyüyəndə hərbçi olub vətən torpaqlarını azad etməyi özünə söz vermiş, torpaqlarımızın azadlığı uğrunda canını fəda edərək , şəhadətə ucalmış Şəhid mayor Azər Mikayılov 1980- ci ildə Kəlbəcər rayonunda ziyalı bir ailədə anadan olmuşdur.

Düşmənin canlı qüvvəsi, hərbi texnikasını məhv edərək çoxlu sayda yaşayış məntəqələrinin azad olunmasına nail olmuş, «Vətən uğrunda» , «Füzulinin azad edilməsinə görə» medalları ilə təltif olunmuşdur .Hərbi xidməti dövründə xüsusi keyfiyyətlərinə, əməliyyatlarda göstərdiyi şücaətə görə medallarla ,III dərəcəli “Qüsursuz xidmətə görə” medalı,  II dərəcəli “Qüsursuz xidmətə görə” medalı, I dərəcəli “Qüsursuz xidmətə görə” medalı, “Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi” yubiley medalı, “Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi” yubiley medalı, “Azərbaycan Silahlı Qüvvələrinin 100 illiyi” yubiley medalı və bunun kimi saysız nailiyyətləri olmuşdur. Bu medallar onun igidliyinin, qəhrəmanlığının bariz nümunəsidir.8 oktyabr 2020-ci il tarixində Füzuli-Cəbrayıl istiqamətində gedən ağır döyüşlərdə düşmənə zərbə vuraraq, qəhrəmancasına şəhadətə ucalmış Şəhid mayor Azər Mikayılov ölümündən sonra Prezidentin sərəncamına əsasən «Qarabağ» ordeninə layiq görülmüşdür .