Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

” Şəhidləri unutmayaq” adlı görüş keçirilmişdir.

15.10.2021

14.10 2021 - ci il tarixdə Gəncə Regional Mədəniyyət İdarəsi Samux rayon Mədəniyyət Mərkəzinin direktor vəzifəsini müvəqqəti icra edən Arif Məmişov, MİHİ - nin Sədri Maviyyə Hüseyinova, Mədəniyyət Mərkəzi və kənd filialları ilə birgə II - ci Qarabağ müharibəsində Şəhid olmuş Emil Sadıqzadənin ailəsi ilə " Şəhidləri unutmayaq" adlı görüş keçirilmişdir.

Görüşdə ilk öncə şəhidin məzarı ziyarət olundu, onun ruhuna dualar oxunaraq məzarı üzərinə təzə - tər çiçəklər düzüldü. Görüşdə qəhrəmanımızın atası Əziz Sadıqzadə oğlunun keçdiyi döyüş yolundan onun döyüşlərdə necə qəhrəmanlıqla iştirak etməsindən danışdı.

Şəhid Emil Sadıqzadə 22.07.2000 - ci ildə Samux rayonunun Qovlarsarı kəndində anadan olmuşdur. 2020 - ci ildə başlayan II - ci Qarabağ müharibəsində XTQ - də istehkamçı, kəşfiyyatçı vəzifəsini layiqincə yerinə yetirmişdir.  Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalan Emil Sadıqzadə ölümündən sonra " Füzulinin azad olunmasına görə", " Cəbrayılın azad olunmasına görə", " Kəlbəcərin azad olunmasına görə", " Xocavəndin azad olunmasına görə", " Cəsur döyüşçü", " Vətən uğrunda", və  "Rəşadət ordeni" medalları ilə təltif olunmuşdur.

Allah bütün Şəhidlərimizə rəhmət eləsin !