15.10.2021
14.10.2021-ci il tarixdə Gəncə Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Gəncə Şəhər Mədəniyyət Mərkəzində “18 Oktyabr Azərbaycan Dövlət Müstəqilliyinin bərpası günüdür”adlı dəyirmi masa keçirildi.
Dəyirmi masanı Gəncə Şəhər Mədəniyyət Mərkəzinin direktoru Afina Ələkbərova açaraq Azərbaycan müstəqilliyi ,ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalmış şəhidlərin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edilməsini xahiş etdi.Afina Ələkbərova 1991-ci ildə SSRİ-nin dağilması nəticəsində Azərbaycanın ikinci dəfə müstəqillik qazanmasından danışdı.
Mədəniyyət Mərkəzinin bədii rəhbəri Eldar Məmmədov öz çıxışında qeyd etdi ki,Azərbaycan iki dəfə 1918-ci ildə və 1991-ci ildə müstəqillik qazanmışdır. Mədəniyyət Mərkəzinin metodisti Gülarə Qurbanova bildirdi ki,müstəqilliyimizin şanlı səhifəsi otuz ildən bəri erməni işğalı altında olan Qarabağımızın 44 günlük Vətən müharibəsində Müzəffər Ordumuz tərəfindən azad olunmasıdır.Dəyirmi masada iştirak edən Gəncə Dövlət Universitetinin 4-cü kurs tələbəsi Qurbanəliyeva Şəhanə öz çıxışında Azərbaycan Prezidenti ,Ali Baş Komandan,Cənab İlham Əliyevə minnətdarlığını bildirdi.Mədəniyyət Mərkəzinin kütləvi işçisi Laləxanım Hacıyeva dəyirmi masa iştirakçılarını ,xalqımızı 18 Oktyabr Dövlət müstəqilliyimizin bərpası günü və şanlı qələbəmiz münasibəti ilə təbrik etdi.Dəyirmi masada Gəncə Şəhər Mədəniyyət Mərkəzinin işçiləri,Mədəniyyət Mərkəzində təhsil alan tələbələr ,Gəncə Şəhər Mərkəzləşdirilmiş kitabxana sisteminin 3 saylı kitabxana filialının işçiləri və ərazi sakinləri iştirak etdi.Dəyirmi masa movcud karantin rejimi qaydalarına uyğun olaraq təşkil edildi.