Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Nur üzlü şəhidim “ adlı onlayn tədbir keçirildi.

15.10.2021

13.10 2021-ci il tarixdə Quba rayon MKS-nin və Gəncə şəhər MKS-nin birgə təşkilatçılığı ilə II-ci Qarabağ Müharibəsi şəhidi Nuran Akif oğlu Mirzəyevə həsr olunmuş “Nur üzlü şəhidim “ adlı onlayn tədbir keçirildi. Əvvəlcə Vətən uğrunda canını qurban vermiş övladlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad olundu və şəhid Nuran Mirzəyevə həsr olunmuş videoçarx nümayiş etdirildi. Tədbiri giriş sözü ilə açan Gəncə şəhər MKS-nin əməkdaşı Günel Kərimova 27 sentyabr taixindən başlayan, 44 gün çəkən və düşməni məhv edərək Azərbaycan Ordusunun qələbəsi ilə başa çatan Azərbaycan xalqının tarixinə əbədi olaraq qızıl hərflərlə həkk olunmuş müharibə haqqında ətraflı məlumat verərək, bu qələbədə Qubalı oğulların da payı olduğunu bildirdi. Sonra Şəhid Nuran Mirzəyevin atası Akif Mirzəyev və əmisi Rauf Mirzəyev şəhidin Cəbrayıl və Qubadlı torpaqlarında döyüşlərdə iştirak etdiyini, az vaxt ərzində özünü mərd və qorxmaz döyüşçü kimi tanıtdığını, döyüşlərin birində minaya düşərək həyatını itirsə də bütöv bir bölüyü xilas edərək Vətən, torpaq, uğrunda şəhid olaraq özünə əbədi ömür qazandığını qeyd etdilər. Daha sonra Quba rayon MKS-nin direktoru Saməddin Nəsirov və Gəncə şəhər MKS-nin direktor əvəzi Fəridə Qədimova çıxış edərək hər kəsin bu yenilməz qəhrəmanların şücaətindən, igidliyindən danışdığını, azad olunmuş Vətən torpaqlarına, qüdrətli Azərbaycana, ölməz Şəhidlərimizə qəhrəman qazilərimizə həsr olunmuş şeirlər, dastanlar, kitablar yazıldığını hər kəsin öz müqəddəs missiyasını bir yolla yerinə yetirmək istədiyini bildirdilər. Tədbirdə iştirak edən Nuranın döyüş yoldaşları Buğday Cəfərov və Kərəm Məmmədov şəhidin torpağa, doğma yurda bağlı olduğunu, müqəddəs olan torpağı qorumağı vəzifə borcu hesab etdiyini, döyüşdə həmişə ön sıralarda olduğunu, az vaxt ərzində özünü mərd və qorxmaz döyüşçü kimi tanıtdığını qeyd etdilər. Sonda Qımıl kənd tam orta məktəbinin direktoru Zəminə Mirzəyeva, bibisi qızı Fərqanə Kiçibəyova, əmisi qızı Gülnarə Mirzəyeva Gəncə şəhər MKS-nin əməkdaşı Elnarə Qəribli, Qımıl kənd kitabxanasının kitabxanaçısı Nuridə Əmirbəyova Quba rayon MKS-nin böyük metodisti Faiq Əliyev və şəhidin bacısı Şəfəq Mirzəyeva çıxış edərək Nuranın Vətən müharibəsində göstərdiyi igidliyə görə “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, ”Qubadlının azad olunmasına görə “,”Cəsur döyüşçü” medalları ilə təltif olunduğunu, xatirəsinin əbədi olaraq qədirbilən xalqımızın yaddaşında qalacağını bildirərək Allahdan şəhidimizə rəhmət dilədilər .