14.10.2021
Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 7 saylı kitabxana filialının əməkdaşları 13.09.2021- ci il tarixdə II Qarabağ müharibəsi şəhidi,Xocavənd döyüşlərində qəhrəmancasına həlak olmuş Axundov Eşqin İntiqam oğlunun ailəsi yaşadığı evi ziyarət etdi və "Qələbəni bizə yaşadanları yaşat" adlı görüş keçirdi.Görüşdə kitabxananın əməkdaşları ilə yanaşı şəhidi böyüdüb boya başa çatdıran nənə - Axundova Flora və yaxın qonşusu Könül Qurbanova iştirak edirdi.Göz yaşlarına qərq olmuş nənə Eşqinin kiçik yaşlarından,şəhid olduğu günə qədər öz xatirələrini bölüşdü.Qonşu Könül xanım 19 yaşlı,nur üzlü şəhidimiz barədə xoş təəssüratlarını bizimlə bölüşdü.Görüşdə qeyd olundu ki,Eşqin Axundov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən
"Vətən uğrunda" medalı ilə təltif olunmuşdur.Nənə keçən bu bir il ərzində müxtəlif orqanların onun ailəsinə göstərdiyi diqqət və qayğıya görə hamıya öz minnətdarlığını bildirdi.Kitabxananın müdiri Natella Hacıyeva qeyd etdi ki, bu diqqət və qayğı hər birimizin vətəndaşlıq borcu və ümdə vəzifəmizdir və şəhidlərimizin xatirəsi bizim qəlbimizdə əbədi yaşayacaqdır.