Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Savaşın canlı şahidləri” mövzusunda onlayn konfrans keçirilib

13.10.2021

11.10.2021-ci il tarixində Gəncə Regional Mədəniyyət İdarəsi Samux rayon Heydər Əliyev Mərkəzinin təşəbbüsü Samux və Oğuz Heydər Əliyev Mərkəzlərinin birgə təşkilatçılığı ilə ll Qarabağ savaşında tariximizə Zəfər sözünün yazılmasında payları olan qazi və döyüşçülərə "Savaşın canlı şahidləri" mövzusunda onlayn konfrans keçirildi. Tədbirdə həmçinin Yasamal, Zərdab, Hacıqabul, Ucar, Sabirabad Heydər Əliyev Mərkəzlərinin direktor və nümayəndələri, Samux MKS-in nümayəndələri, Oğuz rayon İcra Hakimiyyətində Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin əməkdaşları iştirak edirdilər. Tədbir şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etməklə başlandı. Ulu Tanrıdan şəhidlərimizə rəhmət, qazi və döyüşçülərə şəfa diləndi.

Konfransı giriş sözü ilə açan Samux rayon Heydər Əliyev Mərkəzinin direktoru Nuranə Həsənova öz çıxışında bildirdi ki, Azərbaycan 28 il müddətində bir çox ölkələrin, qurumların edə bilmədiyini cəmi 44 gün ərzində həll edə bildi. Bu şanlı Azərbaycan Ordusunun və düzgün qurulmuş siyasətin nəticəsi idi. İgidlərimiz tarixə elə bir şanlı səhifə yazdılar ki, bu hələ əsrlər boyunca davam edəcək. O, həmçinin bildirdi ki, Samux rayon Heydər Əliyev Mərkəzi bu igidlərin xatirələrini əbədiləşdirmək məqsədilə kiçik həcmli sənədli videoçarxlar hazırlanır. Bu zaman Samux rayonundan döyüşlərə qatılmış və manqa komandiri vəzifəsini yerinə yetirən Səid Məmmədov öz xatirələrini paylaşarkən tabeçiliyində olan Oğuz rayonundan döyüşlərə qatılmış əsgər Nurəli Məmmədovun etdiyi qəhrmanlıqlardan onun timsalında Azərbaycan əsgərinin cəsarətindən bəhs etmişdir. Bunun əsasında Oğuz Heydər Əliyev Mərkəzinin direktoru Mehriban Abbasova ilə əlaqə yaradılaraq həmin əsgərin tapılması və təşkil edilən görüşdə komandir və əsgərin görüşünü təşkil etmək və tədbir iştirakçılarına Azərbaycan ordusunda əsgəri üçün canını fəda edə biləcək komandirin, komandirini öz cəsarəti ilə heyrətləndirəcək əsgərimizin birlikdə keçdikləri o çətin lakin şərəfli, gənclərə örnək həyat yolu ilə tanış etmək olmuşdur.

Oğuz Heydər Əliyev Mərkəzinin direktoru Mehriban Abbasova Azərbaycanın Şanlı Ordusunun sözün əsl mənasında Vətən uğrunda canlarını fəda etdiklərindən bəhs etdi. Həmçinin əsgər Nurəli Məmmədovun igidlikləri haqqında eşitdiklərinin çox dəyərli olmasından, Nurəli kimi minlərlə igid əsgərlərimizlə qürur duyduğundan danışdı.

Zərdab Heydər Əliyev Mərkəzinin direktoru Könül Rəhimova, Ucar Heydər Əliyev Mərkəzinin direktoru Mətanət Qəribova, Hacıqabul Heydər Əliyev Mərkəzinin direktoru Aytən İmanova 44 günlük savaşdan, xalqın bir yumruğa çevrilərək prezidentin ətrafında sıx birləşməsindən danışdılar.

Oğuz rayon İcra Hakimiyyətində Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsində böyük məsləhətçisi qazi Vüsal Əhmədli mövzu ətrafında geniş fikir bildirdi.

Qarabağ Azərbaycandır!