Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Kamilliyin Nizami Zirvəsi” adlı onlayn konfrans keçirilib

13.10.2021

12.10.2021-ci il tarixində Gəncə Regional Mədəniyyət İdarəsi Samux rayon Heydər Əliyev Mərkəzinin təşəbbüsü ilə Samux, Xaçmaz Heydər Əliyev Mərkəzlərinin, Gəncə Dövlət Mədəniyyət Qoruğu Nizami Gəncəvi Məqbərə Kompleksinin, Samux MKS və Xaçmaz MKS-in birgə təşkilatçılığı ilə Azərbaycanın böyük şairi ulu Nizami Gəncəvinin 880 illiyi ilə əlaqədar olaraq "Kamilliyin Nizami Zirvəsi" adlı onlayn konfrans keçirildi. Konfransın fəxri qonağı Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Türk xalqları ədəbiyyatı şöbəsinin aparıcı elmi işçisi filologiya elmləri doktoru Xuraman Hümbətova idi. O, öz çıxışında ulu şairin yaradıcılığının bir çox sahələrinə toxunaraq tədbir iştirakçılarına olduqca yeni və maraqlı məlumatlar verdi.

Samux rayon Heydər Əliyev Mərkəzinin direktoru Nuranə Həsənova, Xaçmaz Heydər Əliyev Mərkəzinin direktoru Könül Əskərova öz çıxışlarında ölkəmizdə 2021-ci ilin dövlət başçısı tərəfindən "Nizami ili" elan olunmasından, ulu şairə ümumilli lider Heydər Əliyevin göstərdiyi qayğıdan geniş bəhs etdilər.

Gəncə Dövlət Mədəniyyət Qoruğu Nizami Gəncəvi Məqbərə Kompleksinin direktoru Gülnarə İsmayılova, Nizami Gəncəvi adına muzeyin direktoru Könül Süleymanova, Samux MKS in direktoru Telli Hilalzadə, Xaçmaz MKS-in Qaradağlı kənd kitabxana filialının kitabxanaçısı Rəvanə Mövsümova öz çıxışlarında Azərbaycandan dünyaya doğmuş əql günəşi Nizami Gəncəvinin həyat və yaradıcılığından, xalqın ona olan sonsuz sevgisindən, dövlət səviyyəsində şairin yubileyinin təntənəli şəkildə nəinki ölkəmizdə, ölkəmizdən kənarda da diasporalarımizda böyük həvəslə yüksək səviyyədə keçirilməsindən danışdılar. Nizami Gəncəvi elə bir dərin dənizdir ki, nə qədər insan var, Nizami yaşayacaqdır.