Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Vətən müharibəsində şəhid xüsusi təyinatlı giziri Ramazanlı Əlizamin Umud oğlunun döyüş yolu haqqında dəyirmi masa keçirildi.

12.10.2021

11.10.2021-ci il tarixində Xocalı rayon mədəniyyət evinin və Xocalı şəhər 5 saylı klubun birgə təşkilatçılığı ilə karantin rejimi nəzərə alınaraq Vətən müharibəsində şəhid olan DSX-nin xüsusi təyinatlı giziri Ramazanlı Əlizamin Umud oğlunun döyüş yolu haqqında dəyirmi masa keçirildi.

İlk olaraq şəhidlərimiz bir dəqiqəlik sükutla yad edildi, onların əziz ruhlarına Allahdan rəhmət, ailəsinə, yaxınlarına səbr dilənildi.

            Xocalı rayon mədəniyyət evinin direktor əvəzi Təranə Qasımova  bildirdi ki,  Ramazanlı Əlizamin uşaqlıqdan Vətən Anadır! Sözünü dilində əzbər etmişdi. O gənclik illərində Vətən pərvərliyi ilə öz yoldaşlarından seçilirdi, buna görədə o hərb sahəsini özünə peşə seçdi. Ramazanlı Əlizamin Son döyüşü Xocavənd rayonu Hadrut qəsəbəsinin azad olunması uğrunda oldu.Həmin döyüşdə Ramazanlı Əlizamin Umud oğlu qəhrəmancasına şəhid olmuşdur.Ali Baş Komandan İlham Əliyev tərəfindən “Vətən uğrunda” medalı, “Döyüşdə fərqlənməyə görə” və “Xocavəndin azad olunmasına görə” medalı ilə ölümündən sonra təltif olunmuşdur.

            Sonra isə Xocalı şəhər 5 saylı klubun müdiri Diliş Şahverdiyeva bu Vətən Müharibəsində Xalq, ordu və Ali Baş Komandan birliyi nəticəsində 30 ildi həsrətində olduğumuz Qarabağ torpaqlarımızı terrorçu erməni kafirlərindən azad etdik.Bu qələbəynən biz bütün dünyaya bildirdik ki, Azərbaycan bir qarışda olsun torpaqlarını tapdaqda qoymayacaqdır.