12.10.2021
Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 13 saylı kitabxana filialı II Qarabağ Vətən müharibəsində Gəncə terrorunun ildönümünə həsr olunmuş "Erməni terrorunun buraxdığı izlər" adlı onlayn görüş təşkil etdi.Böyük kitabxanaçı Günel Əliyeva tədbiri açıq elan edərək, erməni vəhşiliyinin törətdiyi terrordan bəhs etdi.Bildirdi ki, Azərbaycan Silahlı Qüvvələrinin döyüş meydanında Erməni vandallarına döyüş bölgəsində layiqincə verdiyi cavabını sinirə bilməyən düşmən, məkirli, çirkin əməllərindən istifadə edərək, dinc əhaliyə insanların sıx yaşadığı ərazilərə gecə saatlarında çox təhlükəli raketlərdən "Toçka-U", "Skad" tipli, "Elbrus" balistik tipli raketlərlə Gəncə şəhərini bombaladılar.Çoxlu sayda ölənlər və yaralanlar oldu. Yaşayış evlərinə və şəhərin infrastrukturuna ciddi ziyan dəydi.Tədbirin davamında Azərbaycan Yazıçılar Birliyinin Gəncə bölməsinin sədri Xəzangül Hüseynova çıxışında Gəncə xalqının qorxmazlığından söhbət açdı.Bildirdi ki, erməni vəhşilərinin məğlubiyyətinin qisası dinc əhali oldu.Bu Gəncəliləri heç də qorxutmadı.Əksinə daha da intiqam hissini gücləndirdi.4 oktyabr tarixində Gəncəyə atılan ilk raket nəticəsində 2 gözünü itirmiş Pərvin Qasımova çıxış etdi. Acı həqiqətləri yaşayan gənc xanım həmin günün təəssüratlarını bölüşdü.Həmin gün raketin evlərinə düşdüyünü və bunun nəticəsində gözlərini itirdiyini kədərlə söylədi. Bu gün gözlərim dünya işığından məhrumdur, ancaq mən bəsirət gözümlə övladlarımı hiss edib, duya biləcəyəm təki Vətən sağ olsun deyən xanımın nikbin ruhu hər kəsi qəhərləndirdi. Digər çıxış edənlər Azərbaycan Yazıçılar Birliyinin Gəncə bölməsinin baş məsləhətçisi, şair, yazıçı Aləmzər Əlizadə, Azərbaycan Vətən müharibəsi Veteranları Birliyinin Gəncə Təşkilatının sədri, qazi, politoloq Bəyənat Qasımov, Azərbaycan Yazıçılar Birliyinin üzvü şair Elton Türkel, Azərbaycan Yazıçılar Birliyinin üzvü tənqidçi, yazıçı İradə Aytel, Göygöl rayon Nadel kənd orta məktəbinin direktoru Lilpar Verdiyeva, Göygöl rayon Köşkü kənd orta məktəbinin direktoru Eldəniz Səttarlı, Xocalı məktəbinin tarix müəllimi Rauf Mirzəyev, "Fərəh" İctimai Birliyinin üzvü Ramil Əliyev, Gəncə Maarif Evinin rəhbəri İmamverdi Vəliyev və Gəncə Dövlət Kukla Teatrının rejissoru, II Qarabağ Vətən müharibəsi iştirakçısı Şamil Məmmədov çıxış etdi. Hər bir iştirakçı çıxışlarında Azərbaycan xalqının məğlubedilməzliyindən, onun güclü ordusundan, cəsur, mərd, qorxmaz şəhidlərin sücaətlərindən söhbət açdılar. Bu gün şanlı ordumuzun zəfəri bütün dünyaya səs saldı.Azərbaycan xalqının məğlubedilməzliyinin sübutunu göstərdi. Şamil Məmmədov Gəncə terroru ilə əlaqədar çəkdiyi qısa metrajlı sənədli film "Müharibə və uşaqlar" adlı filminin ərsəyə gəlməsindən bəhs etdi.İştirakçıların nəzərinə çatdlrdı ki, film həssas notlarla başlasa da pozitiv notlarla sonlandırılmışdı. Rejissor filmdə daha çox uşaqların müharibədə yaşadıqları acıları ön plana çıxardığını iştirakçıların nəzərinə çatdırdı.Yekunda Günel Əliyeva qeyd etdi ki, dünya tarixinə yazılacaq bu ən qanlı terror aksiyası bir daha sübut etdi ki, Ermənistan Dövlət səviyyəsində terrora himayəlik edən bir dövlətdir.