12.10.2021
11.10.2021-ci il tarixində Gəncə Regional Mədəniyyət İdarəsi Samux rayon Heydər Əliyev Mərkəzinin əməkdaşları Samux şəhər 3 saylı məktəbdə gənclərə vətənpərvərlik hisslərinin aşılanmasında Heydər Əliyevin irsinin rolu, 44 günlük savaşda xalqımızın bir yumruğa çevrilərək Qarabağımızı azad etməsində vətənpərvərlik təcəssümü olan şəhidlərimizin göstərdikləri misilsiz qəhrəmanlıqlarından bəhs etmək üçün "Şəhid Vətən üçün həmişə yaşar" adlı söhbətlər apardılar. Uşaqların sualları cavablandırıldı.