Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Günəşimdir mənim dilim”

21.02.2018

21.02.2018-ci il tarixdə Beynəlxalq Ana dili günü münasibətilə Gəncə şəhər  3 saylı kitabxana filialının iştirakı ilə 15 saylı orta məktəbdə “Günəşimdir mənim dilim” başlığı altında ədəbi bədii gecə keçirildi. Tədbiri kitabxananın fəal oxucuları Balıyeva Səbinə və Aslanova Həmidə açaraq iştirakçıları salamladı və bu gün münasibətilə onları təbrik etdilər, Beynəlxalq Ana dili günü hər bir xalqın öz dilini əziz tutduğu bir gün olduğunu qeyd etdilər.

8-ci sinif şagirdləri Əliyeva Səkinə X.R.Ulutürkün “Ana dili”şerini, Məmmədova Zərrin S.Rüstəmin “Dəyməyin dilimə”şerini, Hüseynov Elyar “Can Vətən, Can Azərbaycan”şerini səsləndirdilər.

Dilinmizin qorunmasında böyük şücaət göstərən yazıçı, sərkərdə Ş.İ.Xətainin igidliyindən, “Anamın kitabı”, “İtə ataram, yada satmaram” səhnəcikləri 9-cu sinif şagirdləri tərəfindən nümayiş etdirildi.

Tədbirdə “Şirin dil”, “Azərbaycanım”, “Şən Azərbaycan”, “Can Azərbaycanım” musiqiləri səsləndirildi. 9-cu sinif şağirdi Əliyeva Rənanın ifasında “Qabal”rəqsi, 5-ci sinif şağirdlərinin ifasında “Uzun dərə”rəqsi nümayiş etdirildi.Tədbirin sonunda “Dilimizin saflığını qoruyaq” başlıqlı sərgiyə baxış keçirildi.