09.10.2021
Gəncə Regional Mədəniyyət İdarəsi ,Mir Cəlal Paşayev Ev Muzeyinin direktoru İradə İbayeva və muzeyin kollektivi 08.10.2021-ci il tarixində II Vətən Müharibəsi Şəhidlərinin məzarlarını ziyarət edərək ruhlarına dualar oxudular . Sonra kollektiv Şəhid Vüsal Məmmədovun ailəsi ilə "Şəhidlik ən uca zirvədir" adlı görüş keçirdi . Muzeyin direktoru İradə İbayeva 44 günlük müharibədən söz açaraq ordumuzun Azərbaycanın 30- ilə yaxın işğal altında olan ərazilərini azad etdiyindən danışdı . Azərbaycan ordusu Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə bu qələbəyə qısa müddətdə nail oldu . Görüşdə Şəhidin anası Səbinə , atası Elşən Məmmədovlar və qardaşı Xəyal , Vüsalın döyüşdə göstərdiyi şücaətdən danışdılar . Vüsal qeyri bərabər döyüşdə yaralıları çıxarıb təhlükəsiz yerə apararkən ayağından yaralanır , ancaq əsgər yoldaşlarının təkidinə baxmayaraq yenidən döyüşə qayıdır . Elə həmin döyüşdə də Şəhidlik zirvəsinə ucalır. Döyüş yoldaşları , qazilər bu gün Vüsala görə sağ qaldıqlarını söyləyirlər . Məmmədov Vüsal Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin müvafiq sərəncamına əsasən "Vətən uğrunda" medalı ilə təltif edilib .
Allah bütün Şəhidlərimizə rəhmət etsin!