Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Hərbi- vətənpərvərlik mövzusunda  tədbir keçirilib

09.10.2021

7 Oktyabr 2021 ci il tarixdə Goranboy rayon Mərkəzi Kitabxana , Goranboy şəhər R.Atakişiyev adına İnteqrasiya  təlimli İnternat tipli Gimnaziya  ilə birlikdə hərbi- vətənpərvərlik mövzusunda  tədbir keçirdilər.

     Tədbiri Metodika və biblioqrafiya şöbəsinin müdiri Təzəgül Abbasova açdı.Məktəbin şagirdləri əllərində bayraq Azərbaycan Respublikasının   himnini oxudular.

     Təzəgül Abbasova I Qarabağ və  44 günlük II Qarabağ müharibəsi  haqqında  məlumat verdi.Zəfər günündən danışaraq  bizə bu günü yaşadan Müzəffər Azərbaycan ordusunun yenilməzliyindən danışdı.Şəhidlərin xatirəsinin hər zaman unudulmayacağını qürurla qeyd etdi.

     Abonement bölmə müdiri kitabxanaya daxil olunan Ruhulla Zahidovun “ Gəncə Vətən müharibəsində” kitabının təqdimatını etdi.Kitab haqqında məlumat verdi.G.Nəcəfova  uşaqlar üçün kitabdan gözəl şer səslənməsi etdi

    Baş biblioqraf  Nəzakət Talıbova   Nigar İsmayılqızı “Savaşçı” kitabının təqdimatını etdi.N.Talıbova öz çıxışında Şuşa döyüşlərində vuruşaraq   şəhid olan  bir döyüşçünün Goranboy şəhər İnternat tipli Gimnaziyanın məzunu olduğunu qeyd etdi.

    Metodist S.Aşralıyeva “Vətən  fədailəri”kitabını təqdim etdi.

    Kitabxanaçı Ülviyyə Kazımova Şuşa döyüşləri barədə,Şuşa  şəhərinin tarixi abidələri barədə məlumat verdi.

   Sonda  məktəblilər vətənpərvərlik mövzusunda şerlər səsləndirdilər