Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Hadrut , sən azadsan!” adlı videokonfrans keçirilib.

09.10.2021

Gəncə Regional Mədəniyyət İdarəsi Samux rayon MKS-nin Oxuculara xidmət şöbəsinin təşkilatçılığı ilə  8 oktyabr 2021-ci il tarixində “Hadrut , sən azadsan!” adlı videokonfrans keçirilib.

İlk növbədə erməni terrorunun  qurbanlarının və bütün şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Tədbiri giriş sözü ilə açan Samux rayon  MKS-nin  Oxuculara xidmət şöbəsinin  müdiri  Vüsalə Əliyeva  qeyd etdi ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında şanlı Azərbaycan Ordusu 30 ildir həsrətində olduğumuz doğma torpaqlarımızı mənfur düşməndən azad etdi, o yerlərdə ay-ulduzlu üçrəngli bayrağımız dalğalanır. Hadrut qəsəbəsinin azad edilməsi çox uğurlu hərbi əməliyyat nəticəsində mümkün olmuşdur. Və bu  qəsəbənin işğaldan azad edilməsi böyük əhəmiyyətə malik olan bir tarixi hadisə idi.

Tədbirin növbəti hissəsində oxuculara xidmət şöbəsinin kitabxaçısı  Ləman Əliyevanın hazırladığı “Hadrut Azərbaycandır!” adlı videoçarx nümaiş olundu.

Daha sonra Samux rayon Mərkəzi kitabxanasının əməkdaşları Tahir’ Abbasova,Reyhan Verdiyeva,Pərvanə Qarayeva,Tərifə Verdiyeva,Samirə Salmanova,Aytac Hümbətova çıxışlarında bildirdilər ki,özünə inam, məntiqi düşüncə, iti intellekt və ən başlıcası faktlara əsaslanma insana məxsus olan ən ali keyfiyyətlərdir. Azərbaycan xalqının bugünkü qələbəsinin başlıca səbəbi bu keyfiyyətləri özündə cəmləşdirən Ali Baş Komandan və yenilməz, nizami ordumuzun olmasıdır. Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında rəşadətli Milli Ordumuz bu gün Azərbaycanın yeni tarixini yazdı, haqq yolunda tarixi ədaləti bərpa etdi. Şanlı Azərbaycan Ordusu işğalda olan torpaqlarımızın azad etdi.Prezidentimizin apardığı qətiyyətli siyasət, ordu quruculuğunda əldə etdiyi nailiyyətlər, dövlətimizin və xalqımızın birliyi sayəsində  Azərbaycan bayrağı  Qarabağda dalğalanır. Bu bayraq burada əbədi dalğalanacaq. Biz azərbaycanlılar bundan sonra öz dədə-baba torpaqlarımızda əbədi yaşayacağıq.  Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!