Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Söz sənətinin nadir incisi” adlı tədbir keçirdilər.

09.10.2021

8 oktyabr 2021- ci il tarixdə Goranboy rayon Mərkəzi Kitabxana  dahi ,mütəfəkkir, filosof, şair Nizami Gəncəvinin 880 illiyi  münasibətilə prezident sərəncamına uyğun  olaraq “Söz sənətinin nadir incisi” adlı tədbir keçirdilər. Tədbiri  Metodika və biblioqrafiya şöbəsinin müdiri Təzəgül Abbasova açdı     O,Nizami Gəncəvi haqqında ,onun bədii irsi , estetik ,fəlsəfi görüşləri haqqında geniş məlumat verdi.

    Təzəgül Abbasova Nizamini bütün dövrlərin şairi,müasirimiz adlandırdı.

    Tədbirdə Gəncə Regional Mədəniyyət İdarəsinin baş məsləhətçisi, Goranboy rayonu  üzrə nümayəndə Gündüz Hacıyev çıxış etdi.

     O,Nizaminin əsərlərindən danışaraq onun humanist ,bəşəri idealarından söz açaraq qeyd etdi ki,Nizami fars dilində yazsa da həmişə bir azərbaycanlı kimi düşünmüş ,öz obrazı ifadələrini canlı xalq dilindən almışdır.

    Gündüz Hacıyev həmçinin Məhəmməd Cahan pəhləvanın “ Xosrov və Şirin “ poemasının müqabilində Nizamiyə bağışladığı Həmdünyan kəndinin məhz Goranboy rayonu ərazisində  yerləşən  Həmənli kəndi olduğunu  da öz çıxışında qeyd etdi.

    Tədbirdə Azərbaycan Yazıçılar birliyinin üzvü, şair, publisist Ələsgər Əlioğlu çıxış edərək  Nizami yaradıcılığından söz açdı.Nizamini dünyanın şairi adlandırdı.Ölkə prezidentinə  Nizami Gənəvinin 880 illiyi haqqında  verdiyi sərəncama görə öz təşəkkürünü bildirdi.