Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Qarabağ ilmələrdə” layihəsi Goranboyda

07.10.2021

 Vətən müharibəsinin ildönümü ilə əlaqədar Azərbaycan Jurnalistlər Şəbəkəsi, Mədəniyyət Nazirliyi, “Azərxalça” və “Təmiz Şəhər” ASC-lər xüsusi layihəyə başlayıblar.
Goranboy rayonunda keçirilən layihədə rayon Mədəniyyət Mərkəzinin əməkdaşları, Milli  Qəhrəman, Vətən Müharibəsinin Şəhid ailələri, Qazilər və ictimaiyyət nümayəndələri iştrak etmişdir.
 “Qarabağ ilmələrdə” adlanan sosial layihə çərçivəsində “Qarabağ xalçası” 2021-ci il sentyabrın 28-dən noyabrın 1-dək ölkənin müxtəlif bölgələrinə səyyar formada xüsusi avtomobillə daşınacaq. Çoxlu sayda vətəndaşların qoşulması planlaşdırılan sosial layihə çərçivəsində ilmə-ilmə vətəndaşlarımız tərəfindən toxunacaq xalça Vətən müharibəsində hər bir Azərbaycan vətəndaşının zəhmətini, birlik və bərabərliyini nümayiş etdirəcək. Yekunda, 8 Noyabr - Zəfər Günündə Qarabağ xalçası ictimaiyyətə təqdim olunacaq.