Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Əbədiyyətin əziz ünvanları” adlı şəhid ailəsi ilə görüş keçirilib

07.10.2021

Gəncə Regional Mədəniyyət  İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxananın Uşaq şöbəsi 07.10.21-ci il tarixində II Qarabag vətən müharibəsində şəhid olmuş “Əbədiyyətin əziz ünvanları” adlı cəmi 29 il ömür sürmüş Rəşad Şəfiyevin ailəsi ilə görüş keçirtdi. Tədbir ilk növbədə   ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda edən şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilərək başladı. Giriş sözü ilə tədbiri açıq elan edən şöbənin müdiri Ellada Rəhimova qeyd etdi ki, 44 günlük vətən müharibəsində Zəfər günü Xeyirin Şər üzərində qələbəsi və tarixi ədalətin təntənəsidir. Azərbaycanın şanlı tarixinə 10 noyabr günü qızıl hərflərlə daxil oldu. Belə ki, 44 gün davam edən hərbi əməliyyatlar çərçivəsində Azərbaycan Ordusu Ermənistanın 30 il ərzində qurduğu silahlı qüvvələrini darmadağın etdi və düşmən məğlubiyyətini etiraf edərək ağ bayraq qaldırdı. Ermənistanın 30 il ərzində yaratdığı ordu sadəcə 44 gün tab gətirdi və beləliklə, dünya ictimaiyyətində Ermənistan ordusu haqda yaranan yenilməzlik mifi puç oldu. Sonra iştirakçılara şəhid Rəşad Şəfiyev haqqında ətraflı məlumat verildi. Tədbirdə iştirak edən şəhidin anası Hicran Mahmudova oğlu haqqında ürək ağrısı ilə danışaraq qeyd etdi ki, 29 yaşlı Rəşad Şəfiyev Fövqəladə Hallar Nazirliyinin mülki müdafiə qoşunlarının xilasetmə briqadasının hərbi qulluqçusu olub. Ermənistan SQ həm onun doğma Gəncə şəhərini, daha sonra Bərdə şəhərini ballistik raketlərdən atəşə tutduğu zaman, yorulmaq bilmədən Vətən uğrunda çalışıb. Son dəfə Bərdəyə raket atılması nəticəsində Şəfiyev xidməti vəzifəsini yerinə yetirərkən başından qəlpə yarası alaraq dünyasını dəyişib. Anası Hicran Mahmudova Rəşadın həmişə ürəyində vətən sevgisi ilə yaşadığını etiraf edib.Tədbirdə iştirak edən şəhidin bacısı və qohumları Rəşadın necə vətənpərvər olduğu haqqında fəxrlə danışdılar. Tədbirdə iştirak edən kitabxananın oxucuları, Gəncə şəhər 27 və 38 saylı məktəbin şagirdləri vətəvə  və şəhidlərə həsr olunmuş şeirlər səsləndirdilər. Sonda qeyd olundu ki, vətən, torpaq yolunda canını qurban verənlərin xatirəsi qəlbimizdə daim yaşayacaq, onların şücaəti Azərbaycan xalqının tarixinə qızıl hərflərlə yazılacaq.