07.10.2021
07.10.2021-ci il tarixində Kəlbəcər rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Qanlıkənd kənd kitabxana filialının işçiləri 44 günlük Vətən Müharibəsində qəhrəmanlıq göstərərək şəhidlik zirvəsinə ucalan MAXE (Müddətdən artıq xidmət edən) Mammedov İbrahim Nadir oğlunun ailəsi ilə “Qəhrəmanlıq zirvəsi” adlı görüş keçirlmişdir.
Görüşdə torpaqlarımızın azadlığı uğrunda canlarından keçən qəhrəmanlarımızın ruhu bir dəqiqəlik sükutla yad edildi. Tədbiri giriş sözü ilə Qanlıkənd kənd kitabxana filialının müdiri Həsənova Şövkət açaraq bildirdi ki, Azərbaycan xalqı humanist, sülhsevər xalqdır. Biz hər zaman torpaqlarımızın sülh yolu ilə azad edilməsinin tərəfdarı olmuşuq. Lakin xain düşmənin təxribatları və iftiraları buna imkan vermədi. Müzəffər Azərbaycan Ordusu çıxdığı bu şərəfli yolda, bu müqəddəs savaşda böyük zəfərlə bizləri sevindirdi. Bu zəfəri bizə yaşadan qəhrəman oğulların şücaət göstərərək şəhidlik zirvəsinə ucalmasından danışdı.
Görüşdə şəhidin anası Mammedova Svetlana oğlu Mammedov İbrahimin sağlığında Vətənə layiqli xidmət etdiyi üçün “Azərbaycan Ordusunun 100 illik yubileyi” medalı almasından, Suqovuşanın işğaldan azad olunması uğrunda aparılan döyüşlərdə qəhrəmanlıq göstərməsindən, 01.10.2020-ci il tarixində Talış istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalmasından danışdı. Görüşün sonunda Goranboy rayonun Rəhimli kəndində dəfn olunmuş şəhidin məzarı ziyarət olundu.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamına əsasən “Suqovuşanın azad olunması” və “Vətən uğrunda” medalları ilə təltif edilib.
Allah bütün şəhidlərimizə rəhmət eləsin