07.10.2021
Gəncə Regional Mədəniyyət İdarəsi Xocalı şəhər 1 nömrəli Uşaq Musiqi məktəbinin direktoru Aşırov Ziya və məktəbin müəllim kollektivi 7 oktyabr 2021-ci il tarixində Goranboy rayon Səfikürd və Balakürd kənd Vətən müharibəsi şəhidlərininin məzarları ziyarət edilərək ruhlarına dualar oxunubdur .
Şəhidlər 1 dəqiqləlik sükutla yad edilərək ,məzarları üzərinə hörmət əlaməti olaraq gül dəstələri qoyuldu.
Məktəbin direktoru Aşırov Ziya çıxış edərək bildirdi ki, uzun illərdir mənfur düşmənimiz olan erməni qəsbkarları tərəfindən işğal edilmiş torpaqlarımızın azad olunması üçün şanlı Azərbaycan Ordusu Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında sentyabrın 27-də Vətən müharibəsinə başladı. 44 gün davam edən haqq savaşımızda şanlı ordumuzun hər gün əldə etdiyi nailiyyətlər, qazandığı qələbələr xalqımızın iftixar və qürur mənbəyinə çevrildi. “Qarabağ Azərbaycandır!” deyərək başladığımız Vətən müharibəsi, İkinci Qarabağ savaşı zamanı Azərbaycan xalqı Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək, bütün dünyaya öz gücünü və sarsılmaz iradəsini nümayiş etdirdi.
Balakürd kənd Şəhidləri ziyarət edilən zaman şəhid Vüsal Əmiraslan oğlu Nağıyevin anasıCəmilə ana da evladını ziyarətə gəlmişdi , müəllim kollektivi olaraq anaya baş sağlığı verilərək , şəhidlər heç zaman ölmür ,onlar daima qəlbimizdə yaşayacaqlar deyə ehtiram əlaməti olaraq Vətən müharibəsi şəhidlərinin qarşısında baş əyildi .
Vətən müharibəsində qəhrəmanlıq göstərərək şəhidlik zirvəsinə ucalan qəhrəman şəhidlərimizi yad etmək, xatirələrini əziz tutmaq hər birimizin mənəvi borcudur. Vətən üçün canını fəda edən igid Vətən oğulları hər zaman bizim qəlbimizdə yaşayacaqdır. Ruhunuz şad, məkanınız cənnət olsun Vətən qoxan Şəhidlərimiz !