07.10.2021
07.10.2021-ci il tarixində Kəlbəcər rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Aşağı Vəng kənd kitabxana filialının işçiləri 44 günlük Vətən Müharibəsində qəhrəmanlıq göstərərək şəhidlik zirvəsinə ucalan, Hüseynzadə Elgiz İbrahim oğlu ailəsi ilə “Qəhrəmanlar unudulmur”adlı görüş keçirilmişdir.
Görüşdə Aşağı Vəng kənd kitabxansının müdiri Verdiyeva Kifayət çıxış edərək bildirdi ki, müharibədə döyüş də var, şəhidlik də var. Savaşda xüsusi təyinatlıların zərbəsi də var, Şəhidlik Vətənə məhəbbətin zirvəsidir. Şəhidlik adı ölüm deyil, VƏTƏN, TORPAQ, böyük amallar uğrunda candan keçmək, özünü şüurlu şəkildə qurban vermək deməkdir. Şəhidlik - verilmiş ömür payını gələcək nəsillərin xoşbəxtliyinə bağışlamaqdır. Vətən yolunda şəhidlik əsl qeyrət, hünər, şərəf və ləyaqət zirvəsi olmasından danışdı.Görüşdə şəhidin atası İbrahim Hüseynzadə oğlunun Vətən borcunu yerinə yetirmək üçün 2020-ci ildə Həqiqi Hərbi Xidmətə çağırılmasından,Füzuli rayonu ətrafında gedən döyüşlərdə 29 oktyabr 2020-ci il tarixində qəhrəmanlıq göstərərək şəhidlik zirvəsinə ucalmasından danışdı.Görüşün sonunda Tərtər rayonun Borsunlu kəndində dəfn olunan şəhidin məzarı ziyarət olundu.
Allah şəhidlərimizə rəhmət eləsin.