Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Şəhidlik Uca Zirvədir” adlı tədbir keçirilib

07.10.2021

Goranboy rayon Mərkəzi Kitabxananın  Uşaq Şöbəsi  06.10.2021-ci il tarixdə  II-ci Qarabağ Müharibəsinin şəhidi Mübariz Qulu oğlu Cəfərovun  birinci ildönümü ilə əlaqədar  “Şəhidlik Uca Zirvədir” adlı tədbir keçirdilər Şəhidlərin ruhu bir dəqiqəlik sükütla yad edildi.Məzarı önünə gül dəstələri qoyuldu. Uşaq şöbəsinin Oxu zalının  müdiri Samirə Əliyeva  şəhid Mübariz Cəfərovun  həyat və döyüş yolu haqqında məlumat verdi. Tədbirdə şəhidin ailəsi də iştirak etdi. Əllərində bayraq tutmuş məktəblilər şəhidin məzarı önündə hərbi vətənpərvərlik mövzusunda şerlər söylədilər.

Allah şəhidlərimizə  rəhmət eləsin!