07.10.2021
Mir Cəlal Paşayev Ev Muzeyində Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunmuş “Kamilliyin zirvəsi” adlı onlayn tədbir keçirildi. Tədbiri muzeyin bələdçisi Dilbər Orucova açaraq tədbir iştirakçılarını salamladı. Sonra bütün Azərbaycan şəhidlərinin ruhu bir dəqiqəlik sükutla yad edildi.
Söz Gəncə Regional Mədəniyyət İdarəsinin məsləhətçisi Tacir Qurbanova verildi. O, Regional İdarənin rəisi adından tədbir iştirakçılarını salamlayaraq, tədbirə uğurlar arzu etdi.
Muzeyin direktoru İradə İbayeva Dünya ədəbi xəzinəsinə ölməz “Xəmsə” bəxş etmiş dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyi ilə əlaqədar muzeydə keçirilən tədbirlərdən söz açdı.
Söz Nizamişünans ,alim , professor Xəlil Yusifliyə verildi. O, Nizami Gəncəvinin həyat və yaradıcıllığı haqqında geniş məlumat verdi.
Tədbirdə AMEA Gəncə Bölməsinin Humanitar Tədqiqatlar İnstitunun Ədəbiyyat şöbəsinin müdiri, filalogiya üzrə fəlsəfə doktoru Ruziyyə Quliyeva , Yap ərazi təşkilatının sədri, Elm üzrə president mükafatçısı Elnur Həsənov,Azərbaycan Yazıçılar birliyi Gəncə bölməsinin sədri Xəzangül Hüseynova və şairə-dramaturq , Yazıçılar birliyinin məsləhətçisi Aləmzar Əlizadə çıxış edərək dahi şair haqqında öz fikirlərini bildirdilər.
M.C.Paşayev Ev Muzeyinin əməkdaşları Dilbər Orucova , Səadət Bağırova və Ellada Tağıyeva Nizami Gəncəvinin qəzəllərini və müdrik kəlamlarını söylədilər.
Tədbirə qoşulan Respublikanın Əməkdar Mədəniyyət işçisi Mehparə Cəfərova musiqisi Üzeyir Hacıbəyliyə və sözləri Nizami Gəncəvinin “Sənsiz” romansını ifa etdi.