07.10.2021
Gəncə Regional Mədəniyyət İdarəsinin Goranboy rayon Mədəniyyət Mərkəzinin mədəni-təşkilatçısı Elçin Tağıyev Naftalan şəhər Qaşaltı Qaraqoyunlu kənd sakini 44 günlük Vətən Müharibəsi Şəhidi Cəfərov Elyəddin Zöhrab oğlunun ailəsi ilə görüşüb.
Şəhid atası Zöhrab Cəfərova Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Vasif Cənnətovun və Goranboy rayon üzrə baş məsləhətçisi Gündüz Hacıyevin adından dərin üzünlə başsağlığı dilədi.
Cəfərov Elyəddin Zöhrab oğlu 24.05.1995-ci ildə Naftalan şəhərinin Qaşaltı Qaraqoyunlu kəndində anadan olmuşdur. 2001-ci ildə Zaməddin Rüstəmov adına Naftalan şəhər Qaşaltı Qaraqoyunlu kənd tam orta məktəbinin 1-ci sinifinə daxil olan Elyəddin 2012-ci ildə həmin məktəbin 11-ci sinifini bitirmişdir.
Torpaqlarımızın işğalçılardan azad olunması uğrunda gedən döyüşlərdə şücaətlik göstərərək şəhidlik zirvəsinə ucalan Elyəddin Cəfərov 20 oktyabr 2020-ci il tarixdə doğulduğu doğma Naftalan şəhərinin Qaşaltı Qaraqoyunlu kənd qəbirsitanlığında böyük izdihamla dəfn edilmişdir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzaladığı Sərəncama əsasən şəhid Cəfərov Elyəddin Zöhrab oğlu ölümündən sonra “Suqovuşanın azad olunmasına görə”, “Cəsur Döyüşçü” və “Vətən uğrunda” medalları ilə təltif olunub.
Şəhid atası Zöhrab Cəfərov onlara göstərilən diqqət və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə Birinci vitse-prezident Mehriban Əliyevaya sonsuz minnətdarlığını bildirdi.
Allah bütün Şəhidlərimizə rəhmət eləsin.