Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Torpaqlarımızı azad edən igidlərin” başlıqlı onlayn görüş keçirilib

07.10.2021

Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 12 saylı kitabxana filialı 06.10.2021-ci il tarixdə hərbi vətənpərvərlik mövzusunda "Torpaqlarımızı azad edən igidlərin" başlıqlı II - ci  Qarabağ Müharibəsi qaziləri ilə onlayn görüş keçirtdi.

İlk olaraq Şəhidlərimizin əziz  xatirəsi 1 dəqiqəlik sükutla anıldı.Tədbiri giriş sözü ilə kitabxanaçı Xatirə Verdiyeva açaraq iştirakçıları salamladı və qeyd etdi ki, 30 ilə yaxın həsrətində qaldığımız torpaqlarımız və cəbhə uğurlarımız məhz müzəffər ordumuzun və onun igid əsgərlərinin qanı, canı bahasına geri qaytarıldı. Bəli bu gün biz qürur hissi ilə deyə bilərik ki, Prezidentimiz Ali Baş Komandan İlham Əliyevin son 17 ildə keçirtdiyi güclü siyasət, güclü dövlət quruculuğu, güclü ordu strategiyası milli birlik və döyüşçülərimizin böyük ruh yüksəkliyi nəticəsində 27 sentyabrdan başlanan müharibə şanlı qələbə ilə başa çatdı. Şəhidlərimizin qanı yerdə qalmadı, ədaləti bərpa etdik və müzəffər xalq kimi dünya tarixinə öz adımızı yazırdıq.

Tədbirdə 44 günlük Vətən Müharibəsinin qaziləri Xanəliyev Tural,  Abdullayev Ruzigar, Yolçuyev Sərxan və əsirlikdən qayıdan Bayram Kərimov iştirak edirdilər.
Qazilərimiz Kəlbəcər, Murovdağ  uğrundakı döyüşlərindən qürur hissi ilə danışdılar.
Tədbirin sonunda Nəbiyeva Nurlana, Kərimova Zəhra, Kərimli Asif vətənpərvərlik haqqında şeirlər səsləndirdilər.