06.10.2021
Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 4 saylı kitabxana filialı 05.10.2021-ci il tarixdə
5 oktyabr Beynəlxalq Müəllimlər Günü ilə əlaqədar "Şərəfli peşə sahibləri" başlıqlı tədbir keçirdi.
Tədbiri giriş sözü ilə filialın böyük kitabxanası Risalə Həsənova açaraq tədbir iştirakçılarını salamladı və bayram münasibəti ilə bütün müəllimləri təbrik etdi. O, bu günün yaranması və mahiyyəti haqqında məlumat verdi. Qeyd etdi ki, dünya ölkələrində Beynəlxalq Müəllimlər Gününün qeyd edilməsinə dair qərarı ilk dəfə 1966-cı ildə oktyabrın 5-də YUNESCO verib. Bu təşkilat tərəfindən müəllimlərin statusunun artırılması ilə bağlı tövsiyyə xarakterli sənəd qəbul edilib. Müstəqil Azərbaycanda isə bu tarix ulu öndər Heydər Əliyev tərəfindən 1993-cü il oktyabrın 5-də rəsmləşib. Ulu öndərimiz müəllimlər haqqında demişdir "Mən yer üzündə müəllimdən yüksək ad tanımıram. Hər birimizdə müəllimin hərarətli zərrəciyi vardır."
Tədbirdə iştirak edən Ağstafa rayon əməkdar müəllim Yaşar İsgəndərov öz şagirdlərinə necə vətənpərvərlik hissini aşılamağa və onların II-ci Qarabağ müharibəsindən iştirak etməsi haqqında qürurla danışdı.
Göygöl Nadil kənd tam orta məktəbin direktoru Lilpar Verdiyeva öz çıxışında bu peşəyə sahib olduğu üçün öz müəllimlərinə borclu olduğunu vurğuladı.
Xocalı şəhər Nadir Şahmuradov adına 6 nömrəli orta məktəbin dil-ədəbiyyat müəlliməsi Aygün İsmayılova öz şagirdlərinə bilik və savadını sevə-sevə aşıldığını söylədi. Sonra Köşkü kənd tam orta məktəbin direktoru Eldəniz Səttarov çıxış etdi və müəllimlər haqqında çox gözəl fikirlər söylədi.
Gəncə Humanitar Kollecinin tələbəsi bu peşəni sevərək seçdiyini söylədi və müəllimləri söylədiyi şeirlə təbrik etdi.
Peşəkar pedaqoq, təlimçi Famil Qasımov və Maarif Quliyevdə öz növbəsində müəllimləri təbrik etdilər.
Tədbirin sonunda 2- ci sinif şagirdi Azərin Bağırova öz şeir töhfəsi ilə müəllimləri peşə bayramı münasibəti ilə təbrik etdi.