Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“ Şəhidliyi ilə Tarixə çevrilən müəllimlər” adlı onlayn tədbir keçirilib

06.10.2021

05.10.2021-ci il tarixində Gəncə Regional Mədəniyyət İdarəsi Samux rayon Heydər Əliyev Mərkəzi, Samux rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Qarayeri qəsəbə və Seyidlər kənd kitabxana filialları birgə 5 oktyabr Beynəlxalq Müəllimlər günü münasibəti ilə “ Şəhidliyi ilə Tarixə çevrilən müəllimlər” adlı onlayn tədbir keçirdi.

İlk növbədə 44 günlük Vətən Müharibəsində öz qanları ilə Tarix yazan müəllimlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Tədbiri giriş sözü ilə açan Samux rayon MKS-nin Qarayeri qəsəbə kitbxana filialının müdiri Samirə Məmmədova tədbirdə iştirak edən müəllimlərin timsalında Azərbaycan müəllimini Beynəlxalq Müəllimlər günü münasibəti ilə təbrik etdi. O, vurğuladı ki, 27 Sentyabrda 44 günlük Vətən Müharibəsində torpağlarımızın azadlığı uğrunda mübarizəyə müəllimlərdə qoşuldu . Bu haqq savaşında 760 Təhsil işçiləri düşmənə qarşı vuruşdular. 20 nəfər təhsil isçisi döyüşlərdə şəhidlik zirvəsinə ucaldı. Onlardan biri də Samux rayonun payına düşürdü. Samux rayon Çobanabdallı kənd tam orta məktəbin işçisi Məmmədli Həsən olmuşdu.

Samux rayon Heydər Əliyev Mərkəzinin direktoru Nuranə Həsənova öz çıxışında Samux rayon Çobanabdallı kənd tam orta məkdəbin işçisi Həsən Məmmədli haqda öz xatirələrini bölüşdü.Bildirdi ki, Məmmədli Həsən Qəhrəman oğlu İkinci Qarabağ savaşında Qələbə sözünü öz qanları bahasına yazan şəhidlərimizdən biridir . Həsəni lap uşağlığından tanıdığını necə mərd cəsarətli biri olduğundan onun Qubadlının, Cəbrayılın, Laçının azadlığı uğrunda aparılan ən çətin döyüşlərdə iştrak etməsindən Laçın uğrunda gedən döyüşlər onun ən ağır və sonuncu döyüşü olmasından və şəhadətə ucaldığından bəhs etdi.

Samux rayon Heydər Əliyev Mərkəzi tərəfindən Həsən Məmmədli haqqında hazırlanmış sənədli videoçarx tədbir iştirkçılarına təqdim edildi.

Seyidlər kənd kitabxna filialının müdiri Xatirə Məmmədova çıxış edərək məktəbi səngərə dəyişən müəllimlərdən danışdı. Vətən boyda ürəyi olan Rəvan Lətifovdan ona verilən ömür payını döyüş meydanında tamamlamasından. Gəncə şəhər Mikayıl Müşviq adına 14№ məktəbin Riyaziyyat müəllimi Rabil İsmayılovdan. Gəncə şəhər Mirzə Şəfi Vazey adın 16-nömrəli məktəbin Tarix müəllimi idi. Hər biri əli silahlı əsgər oldular Torpağı , Vətəni canlarından əziz tutmaqlarından danışdı. Gəncə Regional Mədəniyyət İdarəsinin Samux rayon üzrə baş məsləhətçisi Süleyman Əliyev Şəhid müəllimlər hadqa qürurla danışdı və belə tədbirlərli mütəmade keçirilməsini tədqirə layiq hesab etdi. O, da öz adında, Gəncə Regional Mədəniyyət İdarəsinin rəhbərliyi adından şəhid müəllimlərin ailə üzvülərinə dərin hüzünlə başsalığını bildir.

Tədbirə qonaq qismində Saatlı şəhərində ixtisasca Tarix-Goğrafiya müəllimi olan şəhid Xalid Nəciyevin qardaşıda qoşulmuşdur. O, öz çıxışında qardaşı Xalid Nəciyevin xoş xatirlərindən necə savadlı və xeyirxah olduğundan danışdı. 27 Sentyabr Vətən Müharibəsi başlananda könüllü yazılıb müharibəyə xəstə anasının etirazlarına , yalvarışlarına baxmayaraq gedib və Şəhid kimi qeri dönməsindən bəhs etdi.

Sonda MKS-in metodisti Tərifə Verdiyeva Şəhid müəllimlərin şərəfli yollarından danışdı.