06.10.2021
Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxananın Uşaq şöbəsi 05.10.2021-ci il tarixində 5-Oktyabr Beynəlxalq Müəllimlər günü münasibətilə "Uzat tabaşirli əlindən öpüm" adlı şeir saatı keçirtdi.
Giriş sözü ilə şöbənin kitabxanaçısı Nərmin Qasımova tədbiri açıq elan edərək dəyərli peşə sahiblərini bayram münasibətilə təbrik etdi.Bildirdi ki, hər zaman övladları bildiyi şagirdlərinin sevincinə sevinib,kədərinə kədərlənən müəllim ömrü bizlərə əsl örnəkdir.Müəllim- adlı söz olmayıb, müqəddəs peşədir.O, bizə hərf öyrədir,danışmaq öyrədir,söz öyrədir.Müəllim gənc nəslin mənəvi aləminin memarı,cəmiyyətin etibar etdiyi şəxsdir. Gənc nəslin müstəqil həyata hazırlanması, onun dünyagörüşünün formalaşması, yəni gələcək mütəxəsisin ilk hazırlığı orta məktəb illərindən başladığı üçün hər bir valideyin məktəb yaşına çatmış övladını müəllimə etibar edir. Əsl müəllim isə həmişə əsl insan, yaxşı şagird yetişdirməyə çalışır.
Tədbirdə iştirak eden MKS-nin Uşaq şöbəsinin müdürü Ellada Rəhimova çıxış edərək öz növbəsində müəllimləri bayram münasibətilə təbrik edirək bildirdi ki, müəllimlik dünyada ən çətin, eyni zamanda ən şərəfli, ən gözəl peşədir. Tədbirdə iştirak edən Məşədi Əzizbəyov adına 15 nömrəli məktəbin tarix müəlliməsi Nazilə Məmmədovada müəllimləri bayram münasibəti ilə təbrik etdi və qeyd etdi ki,müəllimlər şagirdlərin dərin və hərtərəfli bilik almaları, yaşadıqları dövrün problemlərindən baş çıxarmaları üçün bütün bilik və bacarıqlarını sərf edirlər. Valideynlə bərabər, uşağın hər cür şıltaqlığına, əziyyətinə dözmək, kədəri ilə kədərlənib, sevinci ilə sevinmək müəllimlərin üzərinə düşür. Bu əməyin nəticəsində cəmiyyət formalaşır, savadlı, bilikli, geniş dünyagörüşlü, nümunəvi əxlaqa malik insanlar yetişir.
Sonda şeir saatinda iştirak edən 26 sayli və 15 sayli məktəbin şagirdləri müəllimə aid şeirlər səsləndirdilər.