06.10.2021
04.10.2021-ci il tarixində Gəncə Regional Mədəniyyət İdarəsi Samux rayon MKS-nin Mərkəzi Kitabxananın Uşaq şöbəsi 5 oktyabr - Beynəlxalq Müəllimlər Günü münasibəti ilə “Mənim sevimli müəllimim!” adlı onlayın görüş keçirildi.
Tədbirdə MKS-nin kənd, qəsəbə Kitabxana filialları, Samux rayon 6saylı uşaq bagçasının müdiri Təhminə Nəsibova və balaca körpələr,M.Ə.Sabir adına tam orta məktəbin müəllimələri Arifə Yusifova və Sadıqova Natəvan iştirak etdilər.
Tədbiri giriş sözü ilə uşaq söbəsinin müdiri Venera Məmmədova açaraq,müəllimləri təbrik edib,məsul və şərəfli peşələrində onlara uğurlar arzuladı və sözu MKS-nin direktoru Telli Nəsibovaya verdi. Telli xanım da öz növbəsində əziz və zəhmətkeş müəllimləri 5 oktyabr müəllimlər günü münasibəti ilə təbrik etdi və çıxışında Heydər Əliyevın ,onun layiqli davamçısı Prezident İlham Əliyevin Azərbaycanda təhsilin inkişafına,maddi- texniki bazasının möhkəmləndirilməsinə göstərdikləri diqqət və qayğıdan danışdı.
Çıxış edənlər- tədbirdə ölkəmizdə çətin və şərəfli peşə olan məllim əməyinə verilən qiymətdən, onlara göstərilən diqqət və qayğıdan danışıldı. Sonda bağçada uşaqların hazırladığı nömrələrlə tədbir sona çatdı.